00:00:00
Yazar
Admin User
15.12.2025 17:08 100 2 dəq oxuma
Sosial

Xəzər dənizində iki nəfər itkin düşüb

Xəzər dənizində iki nəfər itkin düşüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

 

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev "İnformator.az"a açıqlamasında bildirib ki, insanlar çox vaxt balıqçılığa tək çıxırlar ya da hara getdiklərini heç kimə demirlər. Məhz buna görə də təhlükə zamanı yardım gecikə bilir:

 

"Ondan əlavə, gecə saatlarında sahildən uzaq məsafəyə çıxmaq təhlükəni daha da artırır. Bu cür hadisələr baş verən zaman məlumatın tez verilməsi insanların xilas edilmə ehtimallarını artırır. Belə ki, hadisə vaxtında 112-yə xəbər verilməlidir. Nə qədər tez məlumat verilərsə, tapılmaq şansı bir o qədər də çox olur. Xilasedicilər qayıqlarla və dalğıclarla axtarış aparırlar ki, külək və axın hansı tərəfdədirsə, ona uyğun axtarış tədbirləri aparırlar. Bəzən axtarış tədbirləri uzun çəkir, çünki Xəzər dənizi böyükdür və bəzən də meteoroloji faktorlar axtarışın vaxtını uzadırlar.

Ümumən ictimaiyyətə verilən məlumatlar dəqiq olmalıdır. Çünki bu həm balıqçıların və dənizdə itkin düşənlərin ailəsinə əlavə stress yaradır, həm də işi çətinləşdirir. Eyni zamanda insanlara sadə dildə izah olunmalıdır ki, dəniz zarafatı sevmir. Balıq tutmağa çıxanda mütləq təhlükəsizlik qaydaları tələbləri təşkil olunmalı, təmin olunmalıdır. Çünki dənizdə insan hər an təhlükə ilə üzləşə bilər. Bu təhlükə ilə üzləşdikdə boğulmamaq üçün zəruri tədbirlər insanın köməyinə çatır. Balıq tutmaq adi bir iş kimi görünsə də, Xəzər dənizində bu işin icrası və ümumən suda bu işlərin icrası təhlükəli hesab olunur. Xilasedici jilet geyinmək, hava şəraitinə baxmaq və təkbaşına dənizə çıxmamaq bir çox faciəvi hadisələrin qarşısını ala bilər”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər