00:00:00
Yazar
Admin User
04.03.2015 08:29 292 1 dəq oxuma
Sosial

Yağmurlu hava şəraiti davam edəcək

Gündüz cənub-şərq küləyi əsəcək.
Yağmurlu hava şəraiti davam edəcək

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnformatora verilən məlumata görə, havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 isti olacağı gözlənilir.

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, martın 05-də gündüz arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər