00:00:00
Yazar
Admin User
29.09.2025 17:15 132 2 dəq oxuma
Maraqlı

Yale Universitetində “Fiesta Latina” Tədbiri

Yale Universitetində “Fiesta Latina” Tədbiri

2025-ci ilin 28 sentyabrında, ABŞ-nin Konektikut ştatının New Haven şəhərində yerləşən Yale Peabody Təbiət Tarixi Muzeyində keçirilən “Fiesta Latina” tədbiri, Latın icmasının mədəniyyətini qeyd etməklə yanaşı elm təhsilin əhəmiyyətini də ön plana çıxarıb.

 

Tədbir Yale Peabody Muzeyi ilə Junta for Progressive Action təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Bu il tədbir əvvəlki illərdən fərqli olaraq üç gün davam etdi və Latın icmasının mədəniyyətini, gəncləri gücləndirməyi və icmanı bir araya gətirməyi hədəfləyib.

 

Tədbirin birinci günü 24 sentyabrda Yale Peabody Muzeyində baş tutdu xüsusi bir açılışla başlayıb. 27 sentyabrda Junta for Progressive Action təşkilatının mərkəzində küçə festivalı keçirilib. Bu,festivalda canlı musiqi, rəqs nümayişləri, yemək stendləri və uşaqlar üçün müxtəlif fəaliyyətlər təqdim olunub.

 

28 sentyabrda isə Yale Peabody Muzeyində ailələr üçün nəzərdə tutulmuş fəaliyyətlər həyata keçirildi. Muzeyin mərkəzi qalereyasında Proyecto Cimarrón adlı Puerto-Riko mənşəli Bomba musiqi qrupu, Spanish Community of Wallingford təşkilatının gənc mariachi qrupu və rəqs qrupunun çıxışları izləyiciləri maraqla qarşılayıb.

 

Bundan əlavə muzeyin David Friend Zalında iki elmi təqdimat baş tutdu. Yale Universitetinin nevrologiya üzrə professoru Daniel Colón-Ramos, “DTMF: Cómo la ciencia nos ayuda a entender la memoria” (“DTMF: Elm yaddaşı necə anlamağımıza kömək edir”) mövzusunda çıxış etdi. Daha sonra Yale Universitetinin psixiatriya üzrə dosenti Janitza L. Montalvo-Ortiz, genetikalar və onların funksiyaları haqqında təqdimatını təqdim edib.

 

Tədbir boyunca İspan dilində danışan alimlər, ziyarətçilərlə öz tədqiqatları və elm sahəsindəki yeniliklər barədə söhbət etdilər bu da icma ilə elmi əlaqələrin güclənməsinə səbəb olub.

 

“Fiesta Latina” tədbiri Latın icmasının zəngin mədəniyyətini qeyd etməklə yanaşı elm təhsilinin əhəmiyyətini vurğuladı və gənc nəsli elm sahəsinə cəlb etməyi hədəfləyib.

 

Yale Daily News 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər