00:00:00
Yazar
Nərmin Həşimova
23.03.2026 21:15 53 2 dəq oxuma
Sosial Özəl

Yanğınların yarıdan çoxu elektrik naqillərinin nasazlığından qaynaqlanır- EKSPERTDƏN AÇIQLAMA

Yanğınların yarıdan çoxu elektrik naqillərinin nasazlığından qaynaqlanır- EKSPERTDƏN AÇIQLAMA

Yanğınlar insanların həyatına, mülkiyyətinə və ətraf mühitə ciddi təhlükə yarada bilən təbii və texnogen hadisələrdir. Xüsusilə, payız və qış aylarında, soyuq havanın təsiri ilə evlərdə və obyektlərdə elektrik qızdırıcıları və qaz cihazlarından istifadənin artması yanğın riskini yüksəldir.

 

Mövzu ilə bağlı “İnformator.az”a təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, payız-qış mövsümünə keçid dövründə məişət yanğınlarının sayı adətən artır və bu ildə müşahidələrimiz eyni tendensiyanın davam etdiyini göstərir:

 

“Son ay üzrə ayrıca rəqəm açıqlanmasa da, ümumi statistika mövsüm dəyişdikcə elektrik qızdırıcıları və qaz cihazlarından istifadənin çoxalması ilə bağlı yanğın riskinin yüksəldiyini göstərir. Bu həm şəhərdə, həm də regionlarda demək olar ki, eyni dinamikayla özünü göstərir. Yanğınların səbəblərinə gəldikdə ən geniş yayılmış problem elektrik avadanlıqlarının və xüsusilə köhnəlmiş elektrik naqillərinin düzgün istismar olunmamasıdır. Təxminən yarıdan çox hadisə məhz elektrik yüklənməsi nəticəsində baş verir. Qaz sızması ilə bağlı da hadisələr olur, lakin onların payı daha aşağıdır. Mövsüm zamanı ən çox yanğına səbəb olan faktor nəzarətsiz qoyulan cihazlar, qızdırıcılardır. Bu hadisələri sadə qaydalara əməl etməklə qarşısını almaq mümkündür. Elektrik qızdırıcıları yalnız normativ tələblərə uyğun və saz vəziyyətdə istismar olunmalıdır. Nasaz vəziyyətdə olan elektrik qızdırıcıları və ya calaq olunan formada elektrik naqillərindən istifadə olunmamalıdır. Ümumən, mənzillərdə, evlərdə və obyektlərdə elektrik qızdırıcıları fəaliyyət göstərirsə, onları nəzarətli şəkildə saxlamaq lazımdır. Həmçinin, qaz cihazları olan evlərdə qaz sızması nəticəsində partlayış hadisələrinin riski yüksəkdir”.

 

Ekspert  əlavə edib ki, bu hadisələrin qarşısını almaq üçün yeganə  yol insanların məsuliyyətli olması, daim bu cihazlarınistifadəsini nəzarət altında saxlamasıdır:

 

“Bütün bu baş verə biləcək hadisələrin qarşısını almaq mümkündür. Yetər  ki, təhlükəsizlik qaydalarını bütün yaşamımızda vərdişə çevirək".


Mehriban Yariyeva

#gündəm #çoxu #ekspertdən #elektrik #nasazlığından
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər