00:00:00
Yazar
Admin User
11.12.2025 15:49 96 2 dəq oxuma
Sosial

YAP Mərkəzi Aparatında görüş keçirilib

YAP Mərkəzi Aparatında görüş keçirilib

Dekabrın 11-də Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Meyin təşəbbüsü ilə Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin 4-cü plenumu və Çinin 15-ci beşillik inkişaf proqramına dair məlumatları bölüşmək məqsədilə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında görüş keçirilib.

 

 

"İnformator.az" xəbər verir ki, bu barədə YAP məlumat yayıb.

 

Bildiirlib ki, görüşdə partiyanın İdarə Heyətinin, Veteranlar Şurasının və Gənclər Birliyinin üzvləri, Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar, YAP Mərkəzi Aparatının əməkdaşları və yerli təşkilat sədrləri iştirak ediblər.

 

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev və Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının (ÇKP) Baş katibi Si Cinpinin rəhbərlikləri ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal çağırışlara cavab verdiyini qeyd edib. O, Prezident İlham Əliyevin cari ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan irəli gələrək iqtisadi-ticari, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, elm və texnologiya, təhsil, mədəniyyət, humanitar və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini və yüksəksəviyyəli dialoqun uğurla davam etdirildiyini vurğulayıb.


YAP Sədrinin müavini Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının əməkdaşlıq əlaqələrinin müstəsna rolunu qeyd edib. O, 2024-cü ilin noyabr ayında YAP ilə ÇKP-nin Əməkdaşlıq memorandumu imzalamasının önəmini diqqətə çatdıraraq, dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi hakim partiyalar arasında fəal siyasi dialoq şəraitində təmasların intensiv xarakter daşıdığını vurğulayıb, qarşılıqlı səfərlərin münasibətlərin mövcud durumunun dəyərləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər