Yaponiya məktəblərində süni intellekt fənn kimi məcburi tədris olunacaq
Yaponiya hökuməti məktəblərdə süni intellekt üzrə biliklərin artırılması məqsədilə yeni təhsil proqramını təsdiqləyib. 2026-cı ildən etibarən ibtidai və orta məktəblərdə süni intellekt və rəqəmsal alqoritmlərlə bağlı dərslər məcburi fənn kimi tədris olunacaq.
Təhsil Nazirliyindən bildirilib ki, artıq bir sıra məktəblərdə pilot sınaqlar aparılıb və müəllimlər üçün xüsusi hazırlıq mərhələsi təşkil edilib. Proqram şagirdlərə yalnız texniki biliklərlə deyil, həmçinin süni intellektdən etik və məsuliyyətli istifadə qaydaları ilə tanış olmağı nəzərdə tutur.
Mütəxəssislərin fikrincə, bu addım ölkədə gələcək əmək bazarında rəqəmsal bacarıqlara malik kadrların yetişdirilməsinə mühüm töhfə verəcək. Yeni fənnin tətbiqi mühəndislik, tibb, media və sosial sahələrdə texnoloji savadlılığın artmasına yönəlib.
Reuters
Ədilə Hüseynzadə
