Yaponiya xaricilər üçün vizaların əhatəsini artırır
Yaponiya hökumətinin uzunmüddətli yaşayış və ailə birləşməsinə icazə verən vizaların əhatə dairəsini genişləndirməyə hazırlaşdığı bildirilir.
İnformator.az xarici mediaya əsasən əhalisinin sürətlə qocalması səbəbindən bəzi əsas sektorlarda əhəmiyyətli işçi çatışmazlığı ilə üzləşən Yaponiya yüksək ixtisaslı işçilərə təklif etdiyi vizaların növünü və əhatə dairəsini genişləndirməyə hazırlaşır.
Yeni planlar çərçivəsində uzunmüddətli yaşamaq və ailələrini özləri ilə gətirmək imkanı verən vizanın əhatə etdiyi ərazilərin sayının 3-dən 12-yə çatdırılması nəzərdə tutulur.
Yaponiya Səhiyyə və Əmək Nazirliyinin tərəfindən verilən məlumata görə, dəyişikliklər hələ də qiymətləndirilir. Lakin yerli medianın məlumatına görə, dəyişikliklər iyun ayından etibarən qüvvəyə minə bilər.
Ölkədəki əcnəbi işçilərin əksəriyyəti Vyetnam, İndoneziya və Filippin kimi Asiya ölkələrdən gəlirlər.
Fatima
