00:00:00
Yazar
Admin User
11.05.2023 18:45 282 1 dəq oxuma
Dünya

Yaponiyada səmada müəmmalı işıqlar göründü

Yaponiyada səmada müəmmalı işıqlar göründü

Yaponiyanın Okinava bölgəsində səmada meteora bənzər müəmmalı işıqlar görünüb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Okinava əyalətində dünən yerli vaxtla saat 20.30 radələrində müşahidə edilən əsrarəngiz meteor kimi işıqlar sosial mediada gündəm olub.

 

Göydə top şəklində görünən işıqların Şimali Koreyaya və ya başqa bir ölkəyə aid peyk və ya meteorit ola biləcəyi bildirilib.

 

Bəzi Okinava sakinləri isə ştatda çoxlu ABŞ bazaları olduğu üçün işıqların döyüş təyyarələrinə aid ola biləcəyini də ehtimal ediblər.

 

Məsələ ilə bağlı rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər