Yaradıcılıq prosesi və ilham mənbələri
Sənət yalnız gözlə görülən forma və rənglərdən ibarət deyil o, rəssamın ruhunun ən dərin qatlarından süzülüb gələn duyğuların, xatirələrin və düşüncələrin vizual ifadəsidir. Hər bir rəsm əsəri özündə həm həmin anın enerjisini, həm də rəssamın daxili dünyasının görünməyən xəritəsini daşıyır. Rəssam üçün yaradıcılıq prosesi bəzən bir duyğunun ani parıltısından başlayır, bəzən illərlə içində qalan bir hissin kətan üzərinə tökülməsi ilə formalaşır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında rəssam Aqşin Feyzullayev bildirib ki, işlədiyi vaxtlarda belə görüntü ilə hansısa bir hissəni görürdü:
Tutalım bir peyzajı nümunə deyək. Gedirik harasa, bura gəşəng yerdi. Bu dəqiqə yanımda malbert, kətan yah olsaydı, bunu köçürdərdim kətana və yaxud da hansısa bir xanım da oturub elə gözəl əlini saçının üzərinə qoyur ki, məndə dəfələrlə olub ki, adam baxıb çəkmək istəyib. Karandaşla işləyəsən o hissələr var, ancaq konturlarını eləsən Tahir Salahovun bir neçə dənə elə əsər var, üz yoxdu amma kənar konturlarını o xanımın kim olduğunu hamı bilir, yəni ötürə bilib. O həm böyük ustadlıq tələb edir, həm də ki, çox maraqlıdır. Şəxsən məndə belə hissə olub. Bir ideya dedikdə sifariş olursa, sözsüz sifarişə uyğun olur. Dəfələrlə bu barədə çıxışlar olub, görüşlər olub- İkinci Qarabağ Müharibəsi dövründə Vətən müharibəsi iştirakçıları, qaziləri, şəhidləri kətan üzərinə köçürməl lazımdır. Belə mövzularda, ideyalarda yağlı boya, akvarel ilə olacaq. Gənc rəssamlarımız, kiçik istedadlarımız hansı ki, uşaqlar məktəblərdə bizim qəhrəmanlarımızın əsərlərini yaradırlar. Bu istəyə bağlı, həmin o mövzuya bağlıdır. Peyzaj, natürmort bunlar müxtəlif texnikalarda ola bilər. Yetər ki, o sizi cəzb etsin, içinizdə bir məqam oyatsın ki, siz istəyəsiz ki, kətan üzərinə əbədiləşdirəsiz".
Gövhər Mehyəddinova
