Yaranmaqda olan planet saniyədə 6 milyard ton böyüyür
Avropa Cənub Rəsədxanasının alimləri Dünyadan 620 işıq ili uzaqlıqda yerləşən və heç bir ulduzun ətrafında fırlanmayan “Cha 1107-7626” adlı planetin saniyədə 6 milyard ton kütlə qazandığını aşkar ediblər. Jupitərin 5–10 qatı kütləyə malik bu “başıboş planet” qaz və toz yığınlarını cəmləyərək sürətlə böyüyür.
Mütəxəssislər bildirirlər ki, bu, indiyədək qeydə alınmış ən yüksək böyümə göstəricisidir. Araşdırmanın nəticələri The Astrophysical Journal Letters jurnalında dərc olunub.
TRT Haber
Billurə Quliyeva
