00:00:00
Yazar
Admin User
07.08.2025 06:09 90 1 dəq oxuma
Dünya

Yarıkeçirici idxalına 100 faiz dərəcəsində tarif tətbiq olunacaq

Yarıkeçirici idxalına 100 faiz dərəcəsində tarif tətbiq olunacaq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, idxal olunan çiplərə və yarıkeçiricilərə təxminən 100 faiz gömrük rüsumu tətbiq ediləcək.


Ağ Evdə keçirilən tədbirdə çıxış edən Tramp qeyd edib ki, çiplər və yarıkeçiricilər üçün çox yüksək dərəcədə tariflər nəzərdə tutulur.


O, vurğulayıb ki, idxal olunan çiplərə və yarıkeçiricilərə tətbiq ediləcək təxminən 100 faiz tarif, ABŞ-də istehsal öhdəliyi götürən şirkətlərə şamil edilməyəcək.


Tramp əlavə edib: “Yəni ABŞ-yə gətirilən bütün çiplər və yarıkeçiricilərə 100 faiz tarif tətbiq olunacaq. Lakin əgər (ABŞ-də) istehsal etməyi öhdəsinə götürmüsünüzsə və ya hazırda istehsal prosesindəsinizsə, bu tarif sizə şamil olunmayacaq”.


TRT HABER
Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər