00:00:00
Yazar
Admin User
18.12.2025 17:28 80 1 dəq oxuma
Sosial

Yasamalda yanğın sonrası bərpa işləri aparılır

Yasamalda yanğın sonrası bərpa işləri aparılır

Noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19A ünvanında yerləşən yaşayış binasında baş verən yanğından sonra bərpa işləri mərhələli şəkildə davam etdirilir. Hadisədən sonra binanın su təchizatı artıq tam bərpa olunub.

 

Nazirlər Kabinetinin 3 dekabr tarixli sərəncamı ilə yanğından zərər çəkmiş 96 mənzil sahibinə təzminat ayrılıb. Bildirilir ki, kompensasiya vəsaitləri yaxın günlərdə banklar vasitəsilə sakinlərə təqdim olunacaq.

 

Yasamal Rayon İcra Hakimiyyəti “İnformator.az” saytına öz açıqlamasında bildirib :

 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, ötən ay Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19 “A” ünvanında baş vermiş yanğın nəticəsində evlərindən müvəqqəti köçürülmüş 96 ailəyə bir aylıq kirayə haqqının ödənilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin ehtiyat fondundan 100 800,0 manat məbləğində vəsait ayrılıb. Sərəncamın icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb. Hazırda müvafiq sərəncam icra mərhələsindədir”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər