00:00:00
Yazar
Səadət Əlizadə
29.03.2026 18:08 52 5 dəq oxuma
Sosial

Yaşıl enerjidə böyük hədəflərə doğru

Yaşıl enerjidə böyük hədəflərə doğru

Azərbayvanın yaşıl enerji xəritəsi genişləndikcə xarici bazarlardan aslılıq yerini yerli və təmiz istehsala verir. Xüsusilə, işğaldan azad edilən ərazilərdə qurulan yeni sistemlər ölkənin enerji təhlükəsizliyini tam fərqli səviyyəyə qaldırır. 


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekspert ekoloq Sevil Yüzbaşeva bildirib ki, ətraf mühitin çirklənməsi problemi mürəkkəb olduğu qədər həm də çox ciddidir:


“Uzun illər gələcəkdə nəticəsinin nə olacağını düşünmədən, insanların təbiətlə apardığı bu məhvedici “müharibə”, bütövlükdə canlı aləmin gələcək varlığını şübhə altına qoyub. Təbiətə qarşı olan bu sonsuz təzyiqlər, bioloji müxtəlifliyin itirilməsinə, ətraf mühitin çirklənməsinə gətirib çıxardıb. Azərbaycan neftlə zəngin olan ölkədir. Uzun illər mütərəqqi texnologiyanın olmaması və neftə olan tələbatın artması, ətraf mühitin həddən artıq çirklənməsinə səbəb olub. Azərbaycan neftinin tərkibində kükürdün miqdarı çox olduğundan emal zamanı, yaranan tullantı qazların tərkibi kükürd ilə zəngin olur. Belə tullantılar ətraf mühitdə böyük neqativ təsirlər yaradırlar. Aparılan araşdırmalar son minilliklərdə atmosferdəki karbonun 9% artdığı, oksigenin isə bir neçə faiz azaldığı da müşahidə olunub. Bu yüzillikdə planetimizdə havanın orta istiliyi 3o dərəcə C yüksələcəyi də praqnozlaşdırılır ki, bunun da bəşəriyyət üçün fəlakət olacağı haqqında məlumatlar da vardır. Bu təhlükə ilə mübarizənin ən effektlisi, ətraf mühit üçün zərərli təsiri olmayanı alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsidir. Çirklənmələr qütblərdə olan buzlaqların azalmasına, yer üzərində temperaturun artmasına səbəb olub.
Ətraf mühitin ifrat dərəcədə çirklənməsi səbəbindən ekosistemlərin təbii tarazlığı da dəyişib, bir çox fauna və flora növləri yoxa çıxıb, digərləri isə yox olmaq üzrədir. Turş yağışlar yağmağa başlayıb. Turş yağışlar torpaqları, dənizləri, çayları, okeanları, gölləri çirkləndirir, ağaclara və meşələrə mənfi təsir edir. Bu isə ətraf mühitin, təbiətin tarazlığının, özünübərpasının pozulmasına, ümumiyyətlə həyatın rifahına ciddi təsir göstərir. Bütün bunlar insan fəaliyyətinin bir nəticəsi olaraq, meydana gəlib”.

 


Ekspert əlavə olaraq qeyd edib ki, çirklənmələr vulkanik fəaliyyətlərdən və ya digər təbii səbəblərin təsirindən də yaranır:

 

“Təbii resursların həddən çox  istifadəsi, Yer təkinin istismarı və yanacağın yandırılması, planetin ekologiyasını getdikcə pisləşdirir. Ətraf mühitin çirklənməsinin qarşısının alınması, biomüxtəliflik itkisi və qlobal istiləşmə ilə mübarizə aparmağın müxtəlif yolları mövcuddur. Bunlardan ən önəmlisi alternativ enerji mənbələridir. Indiki dövrdə dünyada gedən bu ağır müharibələrin təsirlərini gələcəkdə acı nəticələrini də görəcəyik… Bütün bunları nəzərə alaraq, başqa sözlə desək, bəşəriyyət qarşısında ekoloji təmiz, bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsi getdikcə aktuallaşdırır. Bir neçə bərpaedilən enerji çeşidləri vardır və məlumatlara əsasən, bizim ölkəmizdə bunun altısından istifadə edilir. Bunlar, Günəş Elektrik Stansiyası (GES), Külək Turbinləri (KES), Kiçik Su Elektrik Stansiyası (KSES), İstilik Stansiyaları, Geotermal istilik stansiyaları, Bioenerji stansiyaları və s. Ümumiyyətlə Günəş, Külək, Kiçik Su elektrik stansiyaları (KSES), İstilik elektrik satnsiyaları və biokütlə ilə işləyən elektrik stansiyaları Bərpa olan enerji mənbələri sayılır.  
BOEM enerji mənbələrindən istifadənin ətraf mühitin mühafizəsi baxımından olduqca əhəmiyyət kəsb edir. BOEM istifadə istixana qazı tullantılarını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Bu mənbələrdən alınan enerji həmçinin hava və suyun çirklənməsinin azaldılmasına kömək edir. Günəş panelləri və digər alternativ enerji mənbələri təbii sərvətlərin qorunmasına da kömək edir.
Son illər Azərbaycan höküməti də alternativ enerji mənbələrindən istifadəni genişləndirmək, qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çalışır. Hazırda “yaşıl enerji” texnologiyası dünyada çox sürətlə inkişaf edir və yəqin ki, gələcəkdə onlar, ətraf mühit üçün zərərli təsirlərə malik atom elektrik stansiyalarını əvəz edə biləcəkdir”.

 

Ekspert bildirir ki, Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələri “yaşıl enerji” zonaları elan edilib və bu bölgələrdə genişmiqyaslı işlər aparılmaqdadır:

 

“Azərbaycanın yeni strategiyası bərpaolunan enerji mənbələri hesabına istehsalı artıraraq “yaşıl enerji” ixracatçısına çevrilmək istiqamətindədirdir. Beynəlxalq Əməkdaşlıq sahəsində də fəaliyyətlət gücləndirilir. Enerji keçidi və dayanıqlı infrastruktur istiqamətində, ABŞ-Azərbaycan əməkdaşlığı və Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlıqlar gücləndirilməsi sahəsində də fəaliyyətlər aparılır.  2040-cı ilədək dəniz külək enerjisi potensialının reallaşdırılması və IFC-nin dəstəyi ilə yeni yol xəritələri də  hazırlanır.
Bərpa olunan enerji mənbələri (BOE) -günəş, külək, hidroenerji və s. - ənənəvi qazıntı yanacaqlarına (kömür, neft, qaz) nisbətən ətraf mühit üçün daha təmiz olsa da, onların stansiyalarının tikintisi və istismarı müəyyən ekoloji risklər və təsirlər yaradır.
Bərpa olunan enerji stansiyalarında rast gəlinən əsas ekoloji risklər Torpaq və Ekosistemlərin Pozulması, Biodivrsitəyə Təsiri, İstehsal və Utilizasiya Problemləri, Qurşaqlıq və Su Ehtiyatları və s.
Günəş panelləri (GES) və külək turbinləri (KES) üçün geniş əkinə yararlı ərazilərin istifadəsi torpaq örtüyünün strukturunu pozur, bitki örtüyünə və vəhşi təbiətə mənfi təsir edir. Külək stansiyalarının quşların və yarasaların miqrasiya marşrutlarına təsir etməsi, hidroelektrik stansiyalar (HES) isə çay ekosistemlərini, balıqların miqrasiyasını və su ekologiyasını pozur. Günəş panellərinin istehsalında istifadə olunan materiallar və onların istismar müddəti bitdikdən sonra utilizasiyası ekoloji çətinliklər yaradır. Hidroenerji stansiyaları su anbarlarının yaradılması ilə bölgədə suyun nizamlanmasına təsir edir, bu da bəzi hallarda kiçik çayların qurumasına və ya suyun keyfiyyətinin dəyişməsinə gətirib çıxarır. Külək stansiyaların  quşların həyatına olduqca mənfi təsir edir. Artıq bunun qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilir.  Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən 2025-ci ildə görülmüş işlərə dair hesabatında deyilir ki, 2761 ədəd quş əleyhinə tərtibat quraşdırılıb.
BOEM ətraf mühit nə qədər faydalı olsada olduqca böyük sərmayə tələb edir. Bu stansiyalarda istehsal olunan enerji isə ümumi istehsalın çox az hissəsini təşkil edir. Azərbaycan Respublikasının Energetika Nazirliyinin 2022-ci ilin hesabatına görə bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisi ümumi istehsalın təqribən 6%-ni təşkil edir”.


Səadət Əlizadə

#enerjidə #yaşıl #yaşıl enerji
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər