00:00:00
Yazar
Asiman Vəliyeva
31.03.2026 19:30 11 1 dəq oxuma
Sosial

Yaxın Şərqdəki gərginlik avtomobil idxalını vurur: Bahalaşma qaçılmazdır?

Yaxın Şərqdəki gərginlik avtomobil idxalını vurur: Bahalaşma qaçılmazdır?

Yaxın Şərqdə artan gərginlik qlobal bazarlara təsirini getdikcə daha açıq göstərir. Neft qiymətlərindəki artım isə avtomobil idxalına birbaşa təsir edərək qiymətlərin yüksəlməsi riskini gücləndirir. Azərbaycan kimi idxaldan asılı bazarlarda bu bahalaşmanın yaxın aylarda daha hiss olunan olacağı istisna edilmir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirir ki, hazırda münaqişə ilk növbədə yanacaq xərclərinin artmasına gətirib çıxarıb:


“Bu isə nəqliyyat xərclərinin artmasına, idxal olunan avtomobillərin maya dəyərinin yüksəlməsinə və avtomobillərin istehsal xərclərinin artmasına səbəb olub. Nəticədə qiymətlərin yüksəlməsi istiqamətində təzyiqlər formalaşıb.
Digər tərəfdən, son illərdə Azərbaycana daha çox Cənub-Şərqi Asiya ölkələrindən avtomobil idxal olunurdu. Həmin marşrutlar üzərində yaranmış hərbi münaqişə daşınma xərclərinin artmasına, logistika xərclərinin yüksəlməsinə və digər problemlərə səbəb olaraq nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə artıracaq. Bu da müvafiq bazarlardan idxal olunan avtomobillərin qiymətlərinin yüksəlməsi üçün əlavə təzyiq yaradacaq.
Avropadan idxal olunan avtomobillərlə müqayisədə Cənub-Şərqi Asiya bazarından gətirilən avtomobillərin qiymətlərində daha yüksək artım meyilləri müşahidə oluna bilər. Ümumilikdə bu proses son istehlakçılara da təsir göstərəcək.
Qiymətlərin formalaşmasına təsir edən digər amillər də mövcuddur, o cümlədən, əhalinin alıcılıq qabiliyyəti və digər iqtisadi faktorlar. Lakin istənilən halda real bazarda avtomobil qiymətlərinin artması zərurəti yaranacaq və son istehlakçılar avtomobil alışı zamanı əlavə maliyyə yükü ilə üzləşəcəklər”.


Ədilə Hüseynzadə

#qaçılmazdır? #idxalını #yeni #vurur: #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər