Yaxın Şərqdəki bir münaqişəyə qarışmaq istəmirəm
ABŞ Prezidenti Donald Tramp İranla bağlı hücum qərarını hələ vermədiyini, lakin Yaxın Şərqdəki bir münaqişəyə qarışmaq istəmədiyini bildirib.
Tramp, atılacaq addımlar barədə müəyyən fikirləri olduğunu, lakin "müharibədə hər şey dəyişə bildiyi üçün" son qərarını vermək üçün son ana qədər gözlədiyini deyib. ABŞ-nin Yaxın Şərqdəki bir münaqişəyə daxil olması ehtimalına toxunan Tramp, "Mən daxil olmaq istəmirəm" sözləri ilə ehtiyatlı yanaşmasını ifadə edib.
Prezident Tramp yaxın zamanda İsrail-İran gərginliyini müzakirə etmək üçün Durum Otağında toplanacaqlarını da açıqlayıb.
İranın nüvə silahı əldə etmə potensialına da toxunan Tramp, "Düşünürəm ki, İranın nüvə silahına sahib olmasına sadəcə bir neçə həftə qalmışdı" deyə bildirib.
Tramp, İranın əvvəllər imzaladığı nüvə sazişinə görə peşman ola biləcəyini qeyd edib: "O zaman bu ədalətli bir razılaşma idi, amma indi imzalamaq daha çətindir" deyə əlavə edib.
O, iranlıların Ağ Evə gəlmək istədiklərini, lakin artıq "çox gec" olduğunu da sözlərinə əlavə edib.
Sonda Tramp bölgədə istədiklərinin sadəcə bir atəşkəs olmadığını, "tam və qəti bir qələbə" olduğunu vurğulayıb. Tramp “Qələbə – nüvə silahlarının olmamasıdır” deyə sözlərini tamamlayıb.
TRT HABER
Solmaz Muradova