00:00:00
Yazar
Admin User
15.09.2025 19:28 184 2 dəq oxuma
Mədəniyyət

Yazı və yaradıcı ruh

Yazı və yaradıcı ruh

Hər bir yazar öz əsərləri ilə oxucunun ruhuna toxunur, cəmiyyətin səsini və insanın daxili aləmini sözlərdə canlandırır. Müəlliflər yalnız hekayələr danışmır, həm də zamanın yaddaşını qoruyur, gələcək nəsillərə düşüncə körpüsü qururlar. Bu müsahibə də yazının mahiyyəti, yaradıcı proses və ədəbiyyatın insan həyatındakı roluna işıq tutmaq üçün nəzərdə tutulub.

 

Bu mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında bildirib ki,yazıçı və jurnalist Ayxan Ayvaz bildirib ki, yazıçının əsas missiyası oxucuda bədii emosiyalar yaratmaqdı:

 

“Oxucu kitabı oxuyanda ondan zövq almalıdır. Bu yazarın qayəsi olmalıdır. “Yazıçının cəmiyyətə güzgü tutması” kimi deyimlər sovetə aiddir. Sovet vaxtı yazıçıların əsas məqsədi bu idi. O vaxt yazıçılar ciddi yer tuturdu və ideologiyanı aparan şəxs idi. Ümumiyyətlə, bizim cəmiyyətdə yazıçının sözü əhəmiyyət kəsb etmir. Bəzi insanlar “Sabir o vaxt belə yazıb”, “Mirzə Cəlil belə deyib”, “Biz dəyişməmişik” kimi nümunələr gətirir. Bununla sanki özlərinə təskinlik verirlər. Əslində bu insanların heç biri səmimi deyil. Bizim cəmiyyət yazıçını aciz, kasıb görmək istəyir. Yazıçını qəhrəman kimi görmək istəyirlər. Düşünürlər ki, yazıçı çətinliklərdən keçməlidir, əziyyət çəkməlidir”.

 

Həmçinin müsahibimiz bildirib ki, ədəbiyyatımızın gələcəyi dərin mövzudur:

 

“Süni intellektin, robotların olduğu bu dünyada həsas ədəbiyyat zədələnir. Lakin yenə də bunlar süni olduğu üçün digərlərindən fərqlənir. Peşəkarlar bunu çox rahatlıqla ayıra bilir. Ədəbiyyat və sənət daha canlıdır. İnsanlar bu sünilikdən bezəcəklər. Zamanla insanlar kağıza, qəzetə geri dönəcək. Əminəm ki, bir gün bu kitabların dəyəri bilinəcək. Ədəbiyyat canlı,daim yenilənəndir. Məncə, dünyada son insan olana qədər, dünyanın sonu gələnə qədər ədəbiyyat var olacaq”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər