00:00:00
Yazar
Admin User
04.05.2023 12:01 372 1 dəq oxuma
Dünya

Yeddi sərnişini olan təyyarə yox oldu

Yeddi sərnişini olan təyyarə yox oldu
Kolumbiyada göyərtəsində yeddi nəfərin olduğu kiçik təyyarədən heç bir məlumat yoxdur.
 
İnfiormator.az Qərb mediasına istinadən xəbər verir ki, Quaviare prefekturasının San Xose şəhərində qəzaya uğradığı güman edilən kiçik HK 2803 təyyarəsinin izlərinə hələ də rastlanmayıb.
 
Ararakuara və San Xose del Quaviare bölgəsində uçarkən siqnalı kəsilən kiçik təyyarədə 7 nəfərin olduğu bildirilib.
 
Mülki Aviasiya və Kolumbiya Hərbi Hava Qüvvələri tərəfindən verilən açıqlamada axtarışların Apaporis çayı yaxınlığındakı meşəlik ərazidə aparıldığı və Amazon bölgəsinə doğru yönələcəyi qeyd edilib.
 
Təyyarədə 11 aylıq körpə və 4 yaşlı uşağın olduğu da bildirilib.
 
Səlahiyyətlilər itkin düşən təyyarənin qalıqlarını tapmaq üçün ərazidə yaşayan yerli icmalardan kömək istəyib.
 
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər