Yeni bazarlar var, amma hasilat azalır
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Avstriyaya neft ixracı 2 dəfə artaraq 177,5 min ton təşkil edib. Bu müddət ərzində ölkənin Avstriyaya ixrac etdiyi neftin dəyəri isə 87,9 milyon dollar olub. Bu da illik müqayisədə 83,6% çoxdur.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, həcm olaraq iki dəfədən çox artsa da, hələ böyük deyil:
“Neftin ixracı Avstriyaya böyük deyil. Yeni bazarlara çıxış imkanları və fürsətləridir. Azərbaycan bunu dəyərləndirəcək. Avropa Birliyinin Azərbaycandan neft-qaz alışlarını marağını nəzərə alsaq, ümumiyyətlə Azərbaycanın nə qədər satış potensialı varsa, bunu qəbul etməyə hazırdırlar. Amma problem odur ki, neft hasilatı düşür. Hasilatı aşağı düşdükcə, təbii ki, müəyyən problemlərdə yaşanacaq. Həcm olaraq problemlərin yaşanması ehtimalı kifayət qədər güclüdür”.
Nuray Əliyeva
