Yeni Dünya epidemiyası xəbərdarlığı!
Çində bir ay ərzində Ümumdünya Səhiyyə Təşkilatının epidemiya xəbərdarlığı etdiyi “çikungunya” virusunun 7 mindən çox hadisəsi qeydə alınıb. Yoluxmuş şəxslərin xəstəxanalarda karantinə alındığı və müayinə olunduğu açıqlanıb.
Çinin Quanqdonq əyalətində son həftələrdə ağcaqanadlar vasitəsilə ötürülən “çikungunya” virusunun 7000-dən çox hadisəsi aşkar edilib. Xəstəliklərin əksəriyyətinin cənubdakı Foşan şəhərində cəmləşdiyi bildirilir. Foşandan əlavə, Quanqdonqun ən azı 12 başqa şəhərində də hallar təsdiqlənib. Səlahiyyətlilər, yoluxmuş şəxsləri xəstəxanalarda təcrid etdiklərini və testlər apardıqlarını açıqlayıblar.
A Haber
Çimnaz Telmanqızı