00:00:00
Yazar
Admin User
14.04.2023 18:05 311 1 dəq oxuma
Dünya

Yeni malyariya peyvəndini təsdiqləyən ilk ölkə Qana oldu

Yeni malyariya peyvəndini təsdiqləyən ilk ölkə Qana oldu

Qana Oksford Universiteti tərəfindən hazırlanmış yeni malyariya peyvəndini təsdiqləyən ilk ölkə oldu.


İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Qana Qida və Dərman İdarəsi (FDA) tərəfindən edilən açıqlamada, qurumun Oksford Universiteti tərəfindən hazırlanmış R21 malyariya peyvəndi ilə bağlı son sınaq məlumatlarını qiymətləndirdiyi bildirilib.

 

Eyni zamanda peyvəndin beş aydan üç yaşa qədər olan uşaqlarda istifadə ediləcəyi vurğulanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) də bu peyvəndi təsdiqləməyi nəzərdən keçirdiyi bildirilib.

 

Universitetdən verilən açıqlamada Oksford komandası tərəfindən 400-dən çox uşaq üzərində sınaqdan keçirilən peyvəndin ÜST-nın təsdiq meyarlarına uyğun gəldiyi bildirilib.

 

Açıqlamada peyvəndin heç bir yan təsir göstərmədiyi, yüksək doza qəbul edənlərdə 2 il ərzində 80 faiz, aşağı dozada isə 70 faiz qorunma təmin edildiyi deyilir.

 

Qeyd edək ki, ən ölümcül xəstəliklərdən biri olan və hər 2 dəqiqədən bir uşaq ölümünə səbəb olan malyariya daha çox Afrikada müşahidə edilir. Qitədə hər il orta hesabla 500 min insan malyariya səbəbiylə ölürsə, ölənlərin yarısı uşaqlardır.

 

Nigar 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər