00:00:00
Yazar
Elmira Ağayeva
19.10.2026 21:42 40 2 dəq oxuma
Araşdırma

Yeni subsidiya mexanizmi heyvandarlıq təsərrüfatlarının inkişafına necə təsir edəcək?

Yeni subsidiya mexanizmi heyvandarlıq təsərrüfatlarının inkişafına necə təsir edəcək?

 

Yeni subsidiya mexanizmi heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi, yerli istehsalın artırılması və fermerlərin istehsal xərclərinin azaldılması baxımından əhəmiyyət daşıyır. Yeni yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlara 1500 manat, ətlik cins heyvanlara isə 1000 manat subsidiya ayrılması nəzərdə tutulur. Dövlət dəstəyinin fermerlərin fəaliyyətinə təsiri, yerli istehsalın artırılmasındakı rolu və kiçik təsərrüfatlar üçün yaratdığı imkanlar maraq doğurur.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, yeni subsidiya mexanizmi heyvandarlıq təsərrüfatlarının inkişafına və istehsalın səmərəliliyinin artırılmasına dəstək verəcək:

“Yeni subsidiya mexanizmi heyvandarlıq təsərrüfatlarının genişləndirilməsinə, yüksək məhsuldar cins heyvanların sayının artırılmasına və intensiv istehsalın inkişafına mühüm dəstək verəcək. Dövlət dəstəyi fermerlərin ilkin investisiya yükünü azaltmaqla müasir texnologiyaların tətbiqini və təsərrüfatların rentabelliyinin yüksəldilməsini stimullaşdıracaq. Nəticədə istehsalın səmərəliliyinin artırılması və məhsul vahidinə düşən xərclərin azaldılması üçün əlverişli şərait yaranacaq.

Yeni yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlara 1500 manat, ətlik cins heyvanlara isə 1000 manat subsidiya ayrılması yerli istehsalın artırılmasını stimullaşdıracaq. Bu dəstək yüksək məhsuldar heyvanların sayının çoxalmasına və istehsal həcminin genişlənməsinə şərait yaradacaq.

Kiçik fermerlərin dövlət dəstəyindən yararlanması üçün təsərrüfatlarda minimum heyvan sayı ilə bağlı tələblərə mərhələli yanaşılması və kooperativləşmənin təşviqi məqsədəuyğundur. Bununla yanaşı, güzəştli maliyyələşmə imkanlarının genişləndirilməsi, damazlıq heyvanların əldə edilməsinə dəstək göstərilməsi və müasir texnologiyalardan istifadə imkanlarının artırılması vacibdir. Fermerlərin qeydiyyat və müraciət prosedurlarının sadələşdirilməsi, eləcə də məsləhət xidmətlərinin gücləndirilməsi subsidiyaların əlçatanlığını və səmərəliliyini artıra bilər”.

Ramin Qurbanın sözlərinə görə, yeni subsidiya mexanizmi heyvandarlıq təsərrüfatlarının inkişafına, yerli istehsalın genişləndirilməsinə və fermerlərin istehsal imkanlarının artırılmasına töhfə verə bilər.

Gülnar Mustafayeva

#azərbaycan #gündəm #xəbər #heyvandarlıq #necə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər