00:00:00
Yazar
Admin User
27.04.2015 04:45 475 1 dəq oxuma
Sosial

“Yer Günü-365 Gün” ekoloji aksiya keçirilib

Aksiya Mərkəzi Nəbabət bağında açıq havada 70-ə yaxın gəncin iştirakı ilə baş tutub.
“Yer Günü-365 Gün” ekoloji aksiya keçirilib

Dünya Yer Günü ilə əlaqədar Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi ATGTİ-nin Ekologiya işçi qrupu ilə birgə “Yer Günü-365 Gün” adlı ekoloji aksiya keçirilib. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin tərəfdaşlığın inkişafı və ictimaiyyətlə əlaqələr üzrə meneceri Sevinc Saruxanova İnformator-a açıqlamasında bildirib ki, tədbirin məqsədi Yer Kürəsinin qlobal problemlərinə diqqət çəkmək, bu mövzuda maarifləndirmə aparmaq və gəncləri, eləcə də bütün təbiətsevərləri ətraf mühitə qarşı daha diqqətli olmağa səsləmək olub.

Aksiya Mərkəzi Nəbabət bağında açıq havada 70-ə yaxın gəncin iştirakı ilə baş tutub. Tədbirində davamında seçilmiş iştirakçılar özlərinin ev dostlarını - dibçək gülü və ev heyvanlarını gətirərək aksiya iştirakçılarına təqdim edib və onlar haqqında informasiya verib. Bundan əlavə komandaya bölünərək və müxtəlif ekoloji mövzularda səhnəciklər hazırlayaraq müxtəlif şüarlar altında nümayiş etdirib. Sonda iştirakçılar sertifikatlarla təltif olunub.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər