Yəməndə izdihamda 79 nəfər həlak olub
Yəməndə üsyançı husilərin nəzarəti altında olan Sənada yardım paylanması zamanı yaşanan izdihamda 79 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, fitr bayramından əvvəl Sənada bəzi iş adamları xeyriyyə məqsədilə pul paylamaq istəyiblər.
Amma pul paylama zamanı izdiham yaşanıb. İzdihamda yaşanan sıxlıq nəticəsində 79 nəfər həlak olub.
Xəstəxanaya çatdırılan yaralıların sayı 100-ü ötüb. Bildirilir ki, hadisə ilə bağlı məsuliyyət daşıyan şəxslər saxlanılıb və istintaq başladılıb.
Qeyd edə ki, Yəməndəki vətəndaş müharibəsi səbəbilə ölkənin təxminən 22 milyonluq əhalisinin üçdə ikisi humanitar yardımdan asılı vəziyyətə düşüb.
Aydan
