00:00:00
Yazar
Admin User
01.12.2025 18:57 116 1 dəq oxuma
İqtisadiyyat

“Yəni OPEC hasilatı artırır, amma bu artım əvvəlcədən təsdiq olunan plan çərçivəsindədir”

“Yəni OPEC hasilatı artırır, amma bu artım əvvəlcədən təsdiq olunan plan çərçivəsindədir”

"OPEC+" ölkələri görüşdə 2026-cı ilin birinci rübündə neft hasilatının artırılmasının dayandırılması barədə qərarı qüvvədə saxlayıb və bu dövr üçün neft hasilatı kvotalarını 2025-ci ilin dekabr səviyyəsində qoruyub.


Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, OPEC+ hasilatı artırmaq qərarı həm dünya mediasında, həm də yerli mediada bir qədər səhv şərh olunur:


“Əslində, bu qərar kvotadan artıq hasilat demək deyil. O vaxta qədər razılaşdırılmış kvotalara uyğun hasilat davam edir və bu kvotalar hər ay müəyyən qədər artırılır. Məsələn, bu ay kvota təxminən 126 min barel artırılıb. Dekabrda da kvotalar bir qədər artırılacaq. Yəni OPEC hasilatı artırır, amma bu artım əvvəlcədən təsdiq olunan plan çərçivəsindədir. Kvotadan əlavə hasilat isə dayandırılır. Bu da onu göstərir ki, OPEC+ ölkələri hazırkı qiymətlərlə (təxminən 60-65 dollar arasında) razıdır və qiymətlərin kəskin düşməsinin qarşısını almağa çalışırlar. Əgər kvotadan kənar hasilat artırılsaydı, neftin qiyməti 60 dollardan da aşağı düşə bilərdi. OPEC+ əsas məqsədi neft qiymətlərini 55-65 dollar aralığında sabit saxlamaqdır. Amma dünyada vəziyyət daim dəyişir. Əgər OPEC ölkələri görsələr ki, bazar paylarını itirirlər, yaxud Rusiya qarşı sanksiyalar təsirli olarsa, bu dünya bazarında neftin azalmasına səbəb olacaq. Bu zaman OPEC+ daha rahat şəkildə hasilatı artıra bilər”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər