00:00:00
Yazar
Zəri Bayramlı
01.05.2026 20:23 30 2 dəq oxuma
İqtisadiyyat

Yüksək enerji qiymətləri Azərbaycandə CƏB-in profisitini və ARDNF-in ehtiyatlarını artıracaq

Yüksək enerji qiymətləri Azərbaycandə CƏB-in profisitini və ARDNF-in ehtiyatlarını artıracaq

Yüksək enerji qiymətləri Azərbaycandə CƏB-in profisitini və ARDNF-in ehtiyatlarını artıracaq

Beynəlxalq Valyuta Fondu-nun son qiymətləndirməsinə görə, 2026-cı ildə enerji qiymətlərinin yüksək qalması Azərbaycanın cari əməliyyatlar balansında profisitin artmasına və Azərbaycan Respublikası Dövlət Neft Fondu-nun ehtiyatlarının genişlənməsinə səbəb olacaq. Proqnozlara əsasən, ölkə iqtisadiyyatı 2,1% böyüyəcək və bu artım əsasən qeyri-neft sektorunun hesabına formalaşacaq. Orta müddətdə iqtisadi artımın 2,5% civarında sabitləşəcəyi gözlənilir. Fiskal siyasətin nisbətən yumşaldılması və Yaxın Şərqdəki gərginlik fonunda enerji qiymətlərinin yüksəlməsi iqtisadi aktivliyi dəstəkləyən əsas amillər kimi göstərilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a danışan iqtisadçı Xalid Kərimli hesab edir ki, yüksək enerji qiymətləri Azərbaycan üçün riskdən çox üstünlük yaradır:

 

“Yüksək enerji qiymətləri ölkənin gəlirlərini artırır, ölkəyə daxil olan vəsaitləri çoxaldır və bu vəsaitlər Neft Fonduna toplanır. Bu vəsaitlərin necə idarə olunması artıq ayrıca məsələdir. Neft fonduna toplanan vəsaitin sonradan hansı dərəcədə ağıllı və ya qeyri-səmərəli xərclənməsi başqa mövzudur”.

 

Kərimli vurğulayır ki, ümumilikdə satılan məhsulun qiymətinin artması iqtisadi baxımdan müsbət haldır: 

 

“Dövlətin və ya sahibkarın satdığı məhsulun qiymətinin artması ancaq müsbətdir, burada mənfi heç nə yoxdur. Qeyri-neft sektorunda artım tempi isə zəifdir. Gözləntilərə baxmayaraq, həm 2025, həm də 2026-cı illərdə bu sahədə artım proqnozlardan aşağı olub. Artım var, lakin çox zəif templə gedir. Əgər real diversifikasiya baş versəydi, qeyri-neft sektoru daha sürətlə inkişaf etməli idi. Mövcud vəziyyət diversifikasiyanın səviyyəsinin hələ də aşağı olduğunu göstərir. İnflyasiyanın 6% səviyyəsində qalması əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Xüsusilə, sabit gəliri olan şəxslər üçün bu daha ciddi problemdir, çünki onların gəlirləri artsa belə, real alıcılıq qabiliyyəti azalır”.

 

Fatimə Hüseynli

 

#azərbaycan #yeni #yüksək #cəb-in
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər