00:00:00
Yazar
Admin User
29.10.2025 13:06 158 1 dəq oxuma
Maraqlı

Yuliya Pasternak "İçərişəhər" qoruğunun aparat rəhbəri olub

Yuliya Pasternak "İçərişəhər" qoruğunun aparat rəhbəri olub

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni aparat rəhbəri təyin olunub.

 

"İnformator.az" xəbər verir ki, bu vəzifəyə Yuliya Oleqovna Pasternak təyinat alıb.

 

Xatırladaq ki, bundan əvvəl həmin vəzifəni Fuad Xəlilov icra edib. Onun İdarə Heyətinin üzvü təyin olunmasından sonra bu vəzifəyə Y.Pasternak seçilib.

 

Qeyd edək ki, yeni aparat rəhbəri əmək fəaliyyətinə 2009-cu ildə başlayıb, 11 il ərzində ölkənin bank sektorunda maliyyə və mühasibatlıq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2020-2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinə rəhbərlik edib, daha sonra Qoruq İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində işləyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər