00:00:00
Yazar
Admin User
13.04.2023 15:46 287 2 dəq oxuma
Dünya

Yunanıstan Egey adalarında hərbi təlimə cəhd edib

Yunanıstan Egey adalarında hərbi təlimə cəhd edib

Yunanıstan Lozanna müqaviləsinə əsasən, qeyri-hərbi statusda olmalı olan iki Egey adasını NATO təliminə daxil etməyə cəhd edib.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər veri ki, Türkiyədə baş verən zəlzələlərdən sonra Afina-Ankara münasibətlərində müsbət irəliləyişlər müşahidə olunur. Bununla yanaşı, Yunanıstan Lozanna müqaviləsinə əsasən, qeyri-hərbi statusda olmalı olan iki Egey adasını NATO təliminə daxil etməyə cəhd edib. Türkiyə planı rədd edib, NATO isə imtina edib.

 

6 Fevral zəlzələsindən sonra Türkiyə ilə münasibətlərində yeni dövrə başlayan Yunanıstanın təlim hərəkəti heç bir nəticə verməyib. Bəzi Yunanıstan xəbər saytlarının məlumatına görə, Afina Şimali Egeydəki Tasos və Bozbaba adalarını NATO-nun bu il 27-31 mart tarixləri arasında Yunanıstanda keçirməsi planlaşdırılan "Ramstein Guard" hava təliminə daxil edib.

 

Təlim planlarının təsdiqi üçün keçirilən toplantıda NATO-dakı türk qərargahı “Şərqi Egey adalarının qeyri-hərbi statusu pozulur” deyərək, iki adanın təlim planlarından çıxarılmasını tələb edib. NATO Türkiyənin etirazını qəbul edib. Müttəfiq Hava Komandanlığı "Ramstein Guard" təlimini ləğv etmək qərarına gəlib.

 

Eyni xəbərdə Yunanıstan qərargahlarının Egey adalarının Türkiyə tərəfindən təhdid edildiyi üçün silahlandığını iddia edilir. Eyni zamanda NATO-nun Tasos və Bozbaba adalarının təlimə daxil edilməməsinə reaksiya verdiyi bildirilib.

 

qeyd edək ki, Türkiyə Lozanna və Paris razılaşmaları çərçivəsində adaların silahlanmasına qarşı olsa da, Yunanıstan milli müdafiə çərçivəsində belə bir hüquqa malik olduğunu müdafiə edir.

 

Fatima Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər