00:00:00
Yazar
Admin User
22.07.2025 15:48 96 1 dəq oxuma
Dünya

Yunanıstanda həddindən artıq istilərə görə iş saatlarına məhdudiyyət tətbiq edilib

Yunanıstanda həddindən artıq istilərə görə iş saatlarına məhdudiyyət tətbiq edilib

Yunanıstanın Əmək və Sosial Müdafiə Nazirliyi həddindən artıq isti hava şəraiti səbəbilə iş saatlarına məhdudiyyət tətbiq edib.

 

Nazirlikdən verilən açıqlamada, Yunanıstan Meteorologiya İdarəsinin bu həftə əsasən Attika, Tesaliya, Mərkəzi Makedoniya, Evros, Viotia, Fthiotida, Etoloakarnaniya, Evbeya (Eğriboz), Krit, İyon adaları, Lesbos (Midilli), Xios (Sakız) və Rodos bölgələrində “səhraya xas istilərin” müşahidə olunacağı ilə bağlı xəbərdarlığına istinad edilərək, yüksək temperatur səbəbilə açıq sahələrdə çalışan işçilər üçün məhdudiyyət qərarı elan olunub.
Bu çərçivədə bu gün yerli vaxtla saat 12:00-dan 17:00-dək açıq havada fiziki əmək tələb edən işlərdə çalışan işçilərin işləməsi qadağan edilib. Yükdaşıma, kuryerlik, tikinti və gəmiqayırma kimi sahələrdə işlər dayandırılıb. İstidən təsirlənə biləcək, sağlamlıq problemi olan xüsusi sektor əməkdaşlarına isə məsafədən (uzaqdan) işləmək imkanı yaradılıb.


TRT XƏBƏR
Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər