Yunanıstanda növbədənkənar parlament seçkiləri keçirilir
Yunanıstanda növbədənkənar parlament seçkiləri keçirilir
Yunanıstanda növbədənkənar parlament seçkiləri keçirilir. Seçkilərdə 18 partiya və 4 birlik iştirak edir. Ümumilikdə, 9,8 milyon seçici qeydə alınıb. Yunanıstanda aparılan rəy sorğularının nəticələrinə görə, solçu “Siriza” partiyasının qalib gəlmək şansı daha çoxdur. Sorğulara əsasən, bu partiya baş nazir Antonis Samarasın “Yeni Demokratiya” partiyasını 4-6% qabaqlayır. “Siriza”nın lideri Aleksis Tsipras qalib gələcəkləri təqdirdə, ölkə borcunun böyük hissəsinin silinməsinə nail olacaqlarını vəd edib.
