00:00:00
Yazar
Admin User
18.04.2023 15:19 274 1 dəq oxuma
Dünya

Yunanıstandan Türkiyəyə əngəl

Yunanıstandan Türkiyəyə əngəl

Yunanıstan Türkiyənin ABŞ və Avropa İttifaqı ölkələrində turizm kampaniyalarında istifadə etdiyi “TurkAegean” ticarət markasını patentləşdirməsinə mane olmağa çalışır.


İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, məsələ ilə Afina administrasiyası ticarət və sərhəd mübahisələri kimi həssas işlərdə ixtisaslaşmış Steptoe & Johnson hüquq firması ilə razılaşıb.


Ankaranın bəyanatlarına baxmayaraq, Afina Türk-Egey kampaniyasını "Türkiyənin Egeydəki iddiaları ilə bağlı ABŞ və AB-nin fikirlərini çaşdırmaq cəhdi" kimi qiymətləndirir.

 

Yunanıstan mətbuatının yazdığına görə, sözügedən firma Yunanıstanın təxminən 70 min dollarlıq iddialarını dəstəkləyən hesabat hazırlayacaq.


Vaşinqtonda yerləşən hüquq firmasının ümumilikdə nə qədər alacağı məlum deyil.


Türkiyənin turizm kampaniyasının rəsmi saytında istifadə edilən TürkEge şüarı daha əvvəl AB Əqli Mülkiyyət Ofisi tərəfindən qeydə alınıb.


Türkiyənin lehinə alınan bu qərardan sonra hərəkətə keçən Yunanıstan qərarın ləğvi üçün mübarizə aparır.

 

Fatima

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər