00:00:00
Yazar
Admin User
11.03.2015 09:22 6151 2 dəq oxuma
Maraqlı

Yuri Qaqarin haqqında bilmədiyiniz 10 fakt

Yuri Qaqarin 1934-cü il Martın 9-da anadan olub. O, 2 Aprel 1961-ci ildə “Vostok 1” kosmik gəmisi Baykonur kosmik mərkəzindən havalandıqdan sonra tarixə düşüb.
Yuri Qaqarin haqqında bilmədiyiniz 10 fakt

Yuri Qaqarin 1934-cü il Martın 9-da anadan olub. O, 2 Aprel 1961-ci ildə “Vostok 1” kosmik gəmisi Baykonur kosmik mərkəzindən havalandıqdan sonra tarixə düşüb.

İnformator sizə, Yuri Qaqarin haqqında bilmədiyiniz 10 faktı təqdim edir.

“Vostok-1”in uçuşu zamanı heç kim zəmanət vermirdi ki, kosmonavt çəkisizlik şəraitində işləyə bilər. Qaqarinə fövqəladə vəziyyətdə kosmik gəmini əllə idarə etməyə icazə verən xüsusi kod verilmişdi.

Sovet xəbər agentliklərinin hesabatında kosmosa uçuş haqqında 3 variant hazırlanmişdı: 1-missiya uğur qazanacağı təqdirdə; 2-əgər kosmik gəmi orbitə çatmaz, dənizə, yaxud meşəyə düşərsə; 3- ilk kosmonavtın faciəli ölümü haqqında.

Qaqarin Bayknur kosmik mərkəzindən leytenant rütbəsində kosmosa uçmuş, dünyaca məhşur mayor kimi yerə enmişdi.

Uçuşdan iki öncə Qaqarin qəza baş verəcəyini nəzərə alaraq həyat yoldaşına vida məktubu yazıb. Qaqarinin arvadı Valentina bu məktubu 1961-ci ildə alıb, amma kosmonavt 1968-ci il uçuşu zamanı qəzaya düşüb və vəfat edib.

Qaqarin Sovet cəmiyyətinin ideallarından biri, həm də mömin idi və 1964-cü ildə Mərkəzi Komitənin iclasında çıxışı zamanı İsa Məsihim dağılan məbədinin bərpası haqqında təklif vermişdi.

Qaqarin Britaniyaya səfər edərkən kraliça II Elizabet etiketə zidd olaraq kosmonavtla şəkil çəkdirib. O bu hərəkətini Qaqarinin adi insan olmadığını, onun kosmosdan gəldiyi ilə izah edib.

Yuri Qaqarin ailə başçısı idi. O gənc yaşlarında evlənib və iki qızı olub. Onun kiçik qızı Qaqarinin tarixi uçuşundan bir ay əvvəl dünyaya gəlib.

Atmosferə daxil olanda Kosmik gəminin kabini alovlar içində qalanda və diodlar üzərindəki metal əriməyə başlayanda Qaqarin başa düşür ki, missiya başa çatır.

Qaqarin II Dünya Müharibəsi dövründə almanlar tərəfindən işğal olunan Smolensk rayonunda anadan olub. Sovet dövründə ilk kosmonavt haqqındakı bu fakt sirr kimi saxlanılırdı.

Kosmonavt olmaq üçün namizədlərin seçilməsi plansız ekspert qrupu tərəfindən həyata keçirilib. Psixoloqlar Yuri Qaqarinin aşağıdakı xarakterik əlamətlərini qeyd ediblər: “İdman oyunlarında Yuri liderdi. Onun qazanmaq iradəsi, məqsədə çatmaq hissiyatı, komanda ruhu bunu izah edir. Onun sevimli sözü “iş”dir. O, bacarıqlarına görə özünə güvənirdi. Açıq ürəkli, nəzakətli, həssas və dəqiq idi. Onun əla yaddaşı, yüksək intelekti var idi. O bir şeyi düzgün hesab edirdisə, heç nəyə baxmayaraq onu müdafiə edərdi.”


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər