00:00:00
Yazar
Mayıl Soltan
15.04.2026 21:50 91 2 dəq oxuma
Sosial

Zəhərlənmiş şəxslər təzminat ala bilərmi ?

Zəhərlənmiş şəxslər təzminat ala bilərmi ?

Son zamanlar qida zəhərlənməsi halları tez-tez gündəmə gəlir və bu, həm ictimai sağlamlıq, həm də hüquqi məsuliyyət baxımından ciddi narahatlıq doğurur. İstər restoran, istər market, istərsə də istehsalçı şirkət tərəfindən baş verən səhlənkarlıq nəticəsində insanlar sağlamlıqlarına zərər dəyirsə, bu artıq hüquqi məsuliyyət yaradır. 

 

Mövzu ilə bağlı vəkil Fuad Məmmədov “İnformator.az”a bildirib ki, istər restoran, istər market, istərsə də istehsalçı şirkət tərəfindən baş verən səhlənkarlıq nəticəsində insanların sağlamlığına zərər dəyərsə, bu artıq hüquqi məsuliyyət yaradır:

 

“Kütləvi zəhərlənmə hallarında dövlət orqanları vəziyyətin operativ şəkildə nəzarətə götürülməsi, zərərin qarşısının alınması və zərərçəkmişlərin hüquqlarının qorunması üçün təxirəsalınmaz tədbirlər görməlidir. Qida təhlükəsizliyinə cavabdeh qurumlar təhlükəli məhsulların dövriyyədən çıxarılması və riskin aradan qaldırılması istiqamətində koordinasiyalı fəaliyyət göstərməyə borcludurlar. Eyni zamanda, dövlət orqanlarının və ya vəzifəli şəxslərin qanunsuz hərəkətləri və ya səhlənkarlığı nəticəsində vətəndaşlara zərər dəyərsə, həmin zərərin ödənilməsi ilə bağlı məsuliyyət də daşıyırlar. Bu, dövlətin həm operativ müdaxilə, həm də hüquqların bərpası öhdəliyini əhatə edir. Azərbaycan qanunvericiliyinə əsasən, istehlakçı hüquqları pozulduqda zərərçəkənlər məhkəməyə müraciət edə bilərlər. Bu müraciətlər fərdi qaydada olduğu kimi, kollektiv şəkildə də edilə bilər. İstehlakçılar ittifaqları və ya səlahiyyətli qurumlar da bu prosesdə iştirak edərək zərərçəkmişlərin maraqlarını müdafiə edə bilirlər. Belə hallarda iddia qaldıran şəxslər dövlət rüsumundan azad olunur ki, bu da hüquqların müdafiəsini daha əlçatan edir. Qida təhlükəsizliyinə nəzarət edən vəzifəli şəxslərin səhlənkarlığı sübuta yetirilərsə, onlar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilə bilərlər. Bu məsuliyyət həm cinayət, həm də inzibati xarakter daşıya bilər və vəzifə borclarının yerinə yetirilməməsi nəticəsində yaranan zərərlə bağlı tətbiq olunur. Zəhərlənmiş şəxslər isə təzminat tələb etmək hüququna malikdirlər. Sağlamlığa dəyən zərər sübuta yetirildiyi halda, təqsirkar tərəf maddi zərəri ödəməli, eyni zamanda mənəvi zərərə görə də kompensasiya verməlidir. Təzminatın məbləği məhkəmə vasitəsilə hadisənin ağırlığı, nəticələri və digər mühüm amillər nəzərə alınaraq müəyyən edilir”.

 

Cavahir Əsgərbəyli

#gündəm #bilərmi #baki #xəbər #şəxslər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər