Zaporojye və Donetskdə iki yaşayış məntəqəsi bizim nəzarətimizdədir
Rusiya Müdafiə Nazirliyi Zaporojye və Donetsk bölgələrində hər birindən bir yaşayış məntəqəsinin nəzarətini ələ keçirdiyini açıqlayıb.
Nazirliyin açıqlamasında Ukraynadakı müharibədə Rusiya Silahlı Qüvvələrinin hərəkətləri barədə məlumat verilib. Bəyanatda Rusiya qüvvələrinin Ukraynada iki yaşayış məntəqəsini ələ keçirdiyi bildirilir və "Zaporojye bölgəsindəki Pavlovka və Donetsk Xalq Respublikasının Novopavlovka yaşayış məntəqələri azad edilib" deyilir.
Nazirliyin açıqlamasında həmçinin qeyd olunur ki, gecə ərzində Rusiya ərazisi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən 92 Ukrayna pilotsuz uçuş aparatı (PUA) vurulub.
TRT Xəbər
Xədicə Məhərrəmli
