00:00:00
Yazar
Elmira Ağayeva
01.06.2026 21:03 43 1 dəq oxuma
Araşdırma

Zaporojyedə Ukrayna hücumlarının qurbanı olan uşaqların sayı açıqlanıb

Zaporojyedə Ukrayna hücumlarının qurbanı olan uşaqların sayı açıqlanıb

 


2022-ci ildən etibarən Ukrayna silahlı birləşmələrinin Rusiyanın Zaporojye vilayətindəki yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində 118 uşaq zərər çəkib, onlardan 16-sı həyatını itirib. 


Bu barədə vilayətin Səhiyyə Nazirliyi TASS agentliyinə məlumat verib.
“2022-ci ildən bəri Zaporojye vilayətində 118 uşaq xəsarət alıb, onlardan 16-sı dünyasını dəyişib”,- deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, yerli səhiyyə rəsmiləri 2024-cü il sentyabrın 3-də TASS-a açıqlamalarında Ukrayna ordusunun Zaporojye vilayətinin şəhər və kəndlərinə təşkil etdiyi “terror hücumları” nəticəsində 6 uşağın öldüyünü, 37 azyaşlının isə yaralandığını bildiriblər.

Ən çox itkinin döyüş xəttinə yaxın yerləşən Tokmak və Kamenka-Dneprovskaya rayonlarında qeydə alındığı vurğulanıb.


TASS
Nuray Əliyeva

#Ukrayna #Rusiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər