00:00:00
Yazar
Admin User
26.06.2025 09:01 114 1 dəq oxuma
Dünya

Zelenski NATO sammitində geyimi ilə diqqət çəkib

Zelenski NATO sammitində geyimi ilə diqqət çəkib

Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Haaqada keçirilən son sammitində ilk dəfə olaraq hərbi tərzli geyimdən imtina edib və klassik üsluba yaxın rəsmi geyimdə iştirak edib. Bu dəyişiklik jurnalistlər və siyasi şərhçilər tərəfindən böyük maraqla qarşılanıb.

"İnformator.az" xəbər verir ki, bu barədə BBC yazıb.

 

Qeyd olunub ki, Zelenski cəmi üç ay əvvəl bildirmişdi ki, yalnız müharibə bitdikdən sonra kostyum geyinəcək. Lakin sammitdə onun svitşotsuz və demək olar ki, rəsmi kostyumda görünməsi ictimaiyyətin diqqətini çəkib. Prezidentin komandası bu dəyişikliyin səbəblərini hələ açıqlamayıb.

Qeyd edək ki, Rusiya ilə müharibənin başlanmasından sonra Zelenski yalnız hərbi tərzdə və Ukraynanın rəmzləri ilə bəzədilmiş köynəklərdə görünüb.

 

Bildirək ki, Ukrayna liderinin geyim üslubu üzərində milliyətcə azərbaycanlı olan Elvira Həsənova çalışır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər