00:00:00
Yazar
Güllər Gülhüseynova
24.04.2026 09:02 12 1 dəq oxuma
Dünya

Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif edib

Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif edib

Ukrayna Qafqaz ölkələrinə hava hücumundan müdafiə (HHM) və dronlardan qorunma sahəsində əməkdaşlıq təklif edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.

 

"Ukrayna hazırda Yaxın Şərq və Fars körfəzi ölkələri ilə fəal şəkildə işləyir. Biz Qafqaz ölkələri ilə əməkdaşlığa hazırlaşırıq və digər tərəfdaşlarla danışıqlar aparırıq və mən vurğulamaq istəyirəm ki, Ukrayna yalnız dronlar deyil, tam müdafiə sistemi təklif edir", - o yazıb.

 

Zelenski bildirib ki, Ukrayna inteqrasiya olunmuş müdafiə əməkdaşlığı sistemi qurmağı təklif edir:

 

"Məsələn, ərəb dövlətlərinin güclü raket hücumundan müdafiəsi var, biz isə onlara "Shahed"lərdən və dənizdə müdafiə qurmağa kömək edirik. Sərhədləri, sahilləri, dənizi, infrastrukturu qorumaq üçün məhz belə bir inteqrasiya olunmuş müdafiəni Avropa üçün də yaratmaq lazımdır".

 

Onun sözlərinə görə, regionda və dünyada artan risklər, eləcə də silahların, xüsusən də PUA-ların daimi təkmilləşdirilməsi fonunda SAFE proqramı kifayət deyil.

 

"Biz fəaliyyətimizi əlaqələndirməli və birgə Avropa aləti – dronlar üzrə proqram yaratmalıyıq. Biz təcrübəmizi, sənayemizi və potensialımızı investisiya etməyə hazırıq", - Zelenski yekunlaşdırıb.

#hhm #gündəm #sahəsində #ölkələrinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər