00:00:00
Yazar
Səadət Əlizadə
27.05.2026 18:16 23 1 dəq oxuma
Siyasət

Zelenski Trampa HHM sistemlərinin kəskin çatışmazlığı ilə bağlı təcili məktub göndərib

Zelenski Trampa HHM sistemlərinin kəskin çatışmazlığı ilə bağlı təcili məktub göndərib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və ABŞ Konqresinə Ukraynada Hava Hücumundan Müdafiə sistemlərinin çatışmazlığı barədə xəbərdarlıq məktubu göndərib.

 

"Informator.az" xəbər verir ki, bu barədə Ukrayna mediası prezidentin müşaviri Dmitri Litvinə istinadən məlumat yayıb.

 

"Raketdən müdafiə məsələsinə gəldikdə, dostlarımıza güvənirik", - məktubda deyilir.

 

Ukraynanın ballistik raketlərdən müdafiə məsələsində demək olar ki, tamamilə ABŞ-dən asılı olduğu vurğulanır.

 

Zelenskinin məktubunda PURL proqramı vasitəsilə əldə edilən silahların həcminin artıq Kiyevin üzləşdiyi real təhlükə səviyyəsinə uyğun gəlmədiyi də qeyd olunub.

#çatışmazlığı #xəbər #trampa #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər