00:00:00
Yazar
Admin User
04.04.2023 19:02 461 1 dəq oxuma
Dünya

Zelenski: "Ukraynanın yenidən qurulması Avropanın mühüm iqtisadi layihəsi olacaq"

Zelenski: "Ukraynanın yenidən qurulması Avropanın mühüm iqtisadi layihəsi olacaq"

"Müharibədən sonra Ukraynanın yenidən qurulması Avropanın ən böyük çoxnəsilli iqtisadi layihəsi olacaq".

 

İNFORMATOR.AZ xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Milli Qubernatorlar Assosiasiyasının videokonfransında deyib.

 

O, Amerikanın Ukraynaya yardım etməsi və müdafiə strukturuna sərmayə qoyulması barədə suallara belə cavab verib:

 

"Sadəcə reallığa baxın. Milyonlarla ukraynalı ailə müharibə nəticəsində dağılıb, milyonlarla insan başqa ölkələrdə Rusiya terrorundan müdafiə axtarmağa məcburdur. Ukraynanın yüzlərlə şəhəri və kəndləri Rusiya artilleriyası, raketləri, aviasiyası və onların istifadə etdiyi İran pilotsuz təyyarələri tərəfindən yandırılır”, - deyə Zelenski bildirib.

 

Onun sözlərinə görə, Ukraynada aktiv hərbi əməliyyatlar xətti 1200 kilometrdən çox ərazini əhatə edib.

 

"Ümumilikdə cəbhə daha da böyükdür. Milyonlarla insan şəhərlərdə və kəndlərdə yaşayır, biz oradan rusları qovmuşuq. Ölkəmizin 1900-ə yaxın şəhər və kəndi bərpa edilməlidir. Məktəblər və kilsələr, yaşayış binaları və müəssisələr, nəqliyyat və elektrik stansiyaları... Dağıdıcı tornadodan sonra yaşayış şəraitini bərpa etməyin nə demək olduğunu hamınız yaxşı bilirsiniz. Biz bunu edirik", - deyə Ukrayna prezidenti bildirib.

 

Fatimə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər