00:00:00
Yazar
Banuçiçək Məmmədova
23.02.2026 21:27 22 2 dəq oxuma
Siyasət

Zelenski və Putin arasında görüş gözlənilir

Zelenski və Putin arasında görüş gözlənilir

Ukrayna və Rusiya liderləri arasında uzun müddətdir gözlənilən görüşün keçiriləcəyi xəbəri beynəlxalq gündəmi qarışdırıb. Analitiklər bu görüşün müharibə və danışıqlar prosesinə necə təsir göstərə biləcəyini müzakirə edir. Görüşün əsas məqsədi tərəflər arasında sülh imkanlarını və humanitar məsələləri müzakirə etməkdir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əli Oruclu bildirib ki, Ukrayna-Rusiya müharibəsinin müzakirəsi ilə bağlı ABŞ-nin moderatorluğu ilə Cenevrədə 17-18 fevral iki gün keçirilən tərəflər arasında danışıqların uğursuzluğa düçar olmasından sonra liderlərin təmasları gündəmə gəlib:

 

“Halbuki Cenevrədə əsas müzakirə mövzusu mümkün atəşkəs rejiminin texniki və monitorinq məsələlərini ələ almaq idi. Lakin Rusiya tərəfinin əvvəlki mövqelərində israr etməsi danışıqları pozub. Belə bir atmosferdə Zelenski-Putin görüşlərini mümkünsüz hesab edirəm. Putin Ukrayna liderini  ancaq Moskvada qəbul edəcəyini bildirib. Zelenski isə Rusiyalı həmkarını Kiyevdə gözləyir. Bundan başqa cəbhə bölgəsində şiddətli döyüşlər gedir. Hər iki tərəf hava hücumlarını artırıblar. Danışıq və görüş üçün əlverişli mühit yoxdur. Liderlərin təmaslarıdan öncə müzakirəyə çıxarılacaq məsələlər barədə ilkin razılaşmalar və qarşılıqlı etimad yaradılmalıdır. Həm diplomatik sahədə, həm də cəbhədə gərginlik artan dinamika ilə inkişaf edir. Düşünürəm ki, Rusiya Prezidenti bir halda görüşə maraqlı olar ki, onun diqtəsi yerinə yetirilsin. Ona görə də, yaxın perspektivdə Zelenski-Putin görüşünü real hesab etmirəm. Ancaq belə bir görüşün baş tutması üçün təşəbbüslər davam ettdirilməlidir”.

 

Banuçiçək Məmmədova

#gündəm #yeni #görüş #zelenski
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər