00:00:00
Yazar
Nigar Həsənzadə
27.07.2026 22:11 16 1 dəq oxuma
Dünya

Zelenski yeni baş nazirlə gəmidə görüşüb 

Zelenski yeni baş nazirlə gəmidə görüşüb

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Queen Elizabeth” təyyarədaşıyan gəmisində bu ölkənin yeni Baş naziri Endi Börnhem ilə görüşüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Zelenski Teleqram hesabında məlumat verib.

 

Görüş zamanı tərəflərin birgə müdafiə istehsalının inkişafını müzakirə etdiyi qeyd olunub. Zelenski, həmçinin dronların qorunması üçün radioelektron mübarizə (REB) texnologiyalarının Kiyevə verilməsi qərarına görə Britaniyaya təşəkkür edib və Baş naziri Ukraynaya səfərə dəvət edib.

 

Qeyd edək ki, Börnhem iyulun 20-si Britaniyanın Baş naziri seçilib. Onun ilk rəsmi görüşü Zelenski ilə baş tutub.

#gündəm #xəbər #nazirlə #görüşüb #zelenski
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər