00:00:00
Yazar
Ayan Sadi
12.08.2026 21:41 20 2 dəq oxuma
Dünya

Zelenskinin sülh təklifləri havada qala bilər: Rusiya danışıqlara hazır deyil

Zelenskinin sülh təklifləri havada qala bilər: Rusiya danışıqlara hazır deyil

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh təşəbbüsləri yenidən gündəmə gəlib. Politoloq, professor Əlimusa İbrahimov “İnformator.az”a açıqlamasında bildirir ki, Zelenski son bəyanatında sülh axtarışında olduğunu vurğulamaqla yanaşı, Ukraynanın müharibənin dayandırılması ilə bağlı mövqeyini də ortaya qoyub.

 

“Zelenski Ukrayna vətəndaşları qarşısında bəyanatla çıxış etdi və bu bəyanatda da yenə əvvəlki kimi Zelenski sülh axtarışında olduğunu bildirir və özünün son dövrlərdə atdığı addımlar haqqında, yəni özünün və Ukraynanın atdığı addımlar haqqında xalqı məlumatlandırır”.

 

Politoloqun əlavə edir ki, Zelenskinin ABŞ Prezidenti Donald Trampa müraciəti Ukraynanın danışıqlara başlamaq üçün irəli sürdüyü şərtlər baxımından diqqət çəkir. Lakin ekspert hesab edir ki, bu təkliflərin Rusiya tərəfindən qəbul ediləcəyi gözlənilmir və təşəbbüslərin nəticəsiz qalması mümkündür.

 

“Zelenskinin əsas diqqət çəkən məqamı onun ABŞ prezidenti Donald Trampa məktub yazması ilə bağlı oldu. Bu məktubda Donald Tramp öz şərtlərini, yəni Ukraynanın Rusiya ilə danışıqlar masasına keçməsinin şərtlərini izah edib. Yəni, əgər belə demək mümkündürsə, Ukrayna tərəfi, Zelenski Donald Trampa yenidən danışıqlara başlamaq üçün öz şərtlərini göndərib, öz şərtlərini irəli sürüb. Heç şübhəsiz, Rusiyanın buna münasibəti heç də yaxşı olmayacaq”.

 

Əlimusa İbrahimov hesab edir ki, Rusiya ilə danışıqlara getmək üçün Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi vacib amillərdən biri olaraq qalır. Onun sözlərinə görə, Ukraynaya yeni silahların verilməsi və müdafiə sisteminin təkmilləşdirilməsi Kiyevin danışıqlarda mövqeyini gücləndirə bilər.

 

“Danışıqlara getmək üçün ən əsas məsələ Ukraynanın müdafiə sisteminin təkmilləşdirilməsi, Rusiyaya qarşı hücumlarının optimallaşdırılması, yeni hücumların təşkil olunmasında Ukraynaya yardım olunması, Ukraynaya yeni silahların verilməsi istiqamətində ciddi addımların atılmasıdır. Məhz bu tədbirlər görünəndən sonra Ukrayna müəyyən qədər güclənə bilər və Rusiyaya qarşı ən azından ciddi şəkildə müdafiə oluna bilər”.

 

Mehriban Yariyeva

 

 

#baki #təklifləri #xəbər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər