00:00:00
Yazar
Admin User
29.12.2025 10:09 104 3 dəq oxuma
Mədəniyyət

ZƏFƏRƏ APARAN HƏMRƏYLİYİMİZ MÜBARƏK!

ZƏFƏRƏ APARAN HƏMRƏYLİYİMİZ MÜBARƏK!

Düz 36 il əvvəl Araz sahilində yaşanan o tarixi anlar gələcəyimizə işıq salan hadisə olub. Biz bir daha dərk etdik ki, coğrafiya azərbaycanlıları ayrı sala bilər, amma milli yaddaşımız və ortaq kimliyimiz bizi həmişə birləşdirəcək.


Bu gün biz Azərbaycan xalqının iradəsini bir ad altında birləşdirən əlamətdar günü — Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etmək üçün toplaşdıq. Bu tarix, sərhədlərin o tayında və bu tayında yaşayan azərbaycanlıların 
qovuşduğu, bir-birinə dayaq olduğu, “mən”in “biz”ə çevrildiyi yaddaşdır. Və bu günü dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar hər il şərəflə qeyd edirlər.


Azərbaycan üçün həmrəylik tarixi zərurətdən doğan milli davranış olub. Xalqımız ən çətin məqamlarda
 güclü liderin və azərbaycançılıq ideologiyasının ətrafındabirləşməyi bacardığı üçün sınaqlardan üzüağ çıxa bilibHəmrəylik anlayışı Azərbaycan cəmiyyətində yalnız sosial və ya emosional bağlılıq deyil. Milli şüurun, vətəndaş mövqeyinin, ümumi maraqlara sadiqliyin ifadəsidir. Yaxın tariximizdə - 2020-ci il, 44 günlük Vətən Müharibəsi zamanı biz bunun bariz nümunəsini gördük. O günlərdə həmrəyliyimiz təkcə duyğu, düşüncə birliyikimi yox, real güc kimi ortaya çıxıb. Bizi dəmir yumruq kimi birləşdirən həmrəyliyimiz böyük zəfərimizlə nəticələnib.

 

Təəssüf ki, müasir dövrdə həqiqət bəzən ən çox hədəfə alınan dəyərdir. Dezinformasiya, manipulyasiya, saxta xəbərlər… Elə Vətən Müharibəsi günlərində, ondan sonrakı dönəmdə də bunun şahidi olduq və yenə də olmaqdayıqMübarizənin döyüş meydanı ilə yanaşı, informasiya və ictimai rəy müstəvisində getdiyi bir zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın səsini yaşadıqları cəmiyyətlərin içində eşitdirdilər: kimisi yerli mediaya müsahibə verməkləkimisi ictimai müzakirələrdə Azərbaycanın haqlı mövqeyini izah etməkləkimisi sosial mediada məlumat paylaşmaqlakimisi isə sadəcə yerində və vaxtında dediyi bir doğru cümlə ilə. Sirr deyil ki, bəzən bir nəfərin vaxtında dediyi doğru söz, böyük bir auditoriyanın baxışını dəyişə bilər.


Düzdür, h
əmin günlər diplomatlarımız da Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük səy göstəriblər. Amma dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız gündəlik həyatda, məişətdə Azərbaycanın canlı təmsilçiləri olublar: iş yerində, universitetlərdə, mediada, ictimai platformalarda… Təşkilatlanma, müxtəlif dillərdə danışmaq bacarığı, yerli media və akademik çevrələrlə təmas — bunlar hamısı həqiqətlərimizin daha geniş auditoriyalara çatdırılması üçün real imkanlar yaradıb.

 

Məsələn, Vətən müharibəsi günlərində Twitter-də (indiki X-də) “#KarabakhisAzerbaijan” həştəqi çox geniş yayılıb və ümumilikdə Azərbaycanlıların yaratdığı həştəqlər bu dövrdə 8,5 milyondan çox paylaşımda qeyd olunub.

 

Başqa nümunəni xatırladım2020-ci il oktyabrın 16-dahumanitar atəşkəs elan edildiyi vaxt “#ArmenianAggression” və “#ArmenianTerrorism” kimi həştəqlər trendlərə daxil olaraq, geniş beynəlxalq diqqət qazanıb. Bu, dünyanın dörd bir tərəfinə yayılmış azərbaycanlıların həmrəyliyinin göstəricisi idi.

 

Dünya azərbaycanlılarının həmrəyliyi elm sahəsində də bizi gücləndirir. Müxtəlif ölkələrdə nüfuzluuniversitetlərdə çalışan azərbaycanlı alimlərimniz var. Onların elmi uğurları bir tərəfdən şəxsi nailiyyətdirsə, digər tərəfdən beynəlxalq elmi mühitdə Azərbaycanın tanıdılması deməkdir. 

 

Xaricdə çalışan azərbaycanlı alimlərin Bakıya — o cümlədən bizim doğma Bakı Dövlət Universitetinə gəlib mühazirə oxumaları, tələbələrlə görüşlərelmi seminarlar bunun canlı nümunəsidir. 


Bu sahədə
 hədəfimiz daha böyük olmalıdır: zamanla belə görüşlər dünya Azərbaycanlıları arasında körpüyə çevriləcək, gənc tədqiqatçılarımızın nailiyyətləri daha geniş elmi platformalarda yayılacaq

 

Çünki həmrəylik sadəcə “yan-yana dayanmaq” deyil — biliyi paylaşmaq, imkan yaratmaq, yol açmaq deməkdir.


Burada bizim — BDU-nun 
professor-müəllim heyətinin də öz məsuliyyət payı var. Həmrəy cəmiyyətin elmi və təhsili sadəcə bilik ötürülməsinə deyil, sosial məsuliyyətə, qarşılıqlı hörmətə əsaslanmalıdır. Elə ona görə də bizim müəllimlər gənclərə yalnız yazmağı yox, yoxlamağı; yalnız danışmağı yox, dinləməyi; yalnız bilgi ötürməyi yox, məsuliyyət daşımağı da öyrədirlər

 

Artıq 30 ildən çoxdur ki qeyd etdyimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mənası harada yaşamağımızdan asılı olmayaraq, eyni dövlətə, eyni kimliyə, eyni dəyərlərə bağlı qalmaqdır. Bu bağı nə qədər möhkəm saxlayarıqsa, Azərbaycanın səsi bir o qədər uzağa gedər, həqiqətlərimiz bir o qədər aydın eşidilər.

 

Qoy dünya azərbaycanlılarının həmrəyliyi hər zaman gücümüzə güc qatsın. Bayramınız mübarək!

 

Xatirə Hüseynova

BDU Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər