"Zirə" "Karvan-Yevlax"a qalib gəlib - ŞƏRH
Misli Premyer Liqasında XX turun oyunları turnir cədvəlindəki vəziyyətə birbaşa təsir göstərməyə davam edir. Turun ikinci matçında “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı minimal hesabla məğlub edərək vacib üç xal qazanıb. Davit Volkovun erkən qolu paytaxt təmsilçisini üçüncü pilləyə yüksəldib.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, "Zirə"nin qələbəsi gözlənilən idi:
" "Zirə" büdrəməyib 3 xalını qazanıb. Komandanın hədəfi mövsümün sonunda Konfrans Liqasına vəsiqə əldə etmək idi və bu hədəfə doğru irəliləyir. Bu 3 xal da buna kömək etmiş olub. "Qarabağ"ın son iki oyunda səfərdə, ağır şərtlər altında qələbə qazanıb. Bundan qabaqkı matçda qar yağıb. O buzlu meydançada da, bu oyunda da Quba stadionunun ot örtüyü yaxşı deyildi. Səfər matçında xal qazanması o deməkdir ki, komanda hədəfi çempionluqdur və hədəfə doğru inamla irəliləyir. Bununla da "Sabah"ı çox da irəli buraxmır. Xal fərqinin böyüməsinə imkan vermir".
Zəhra Möhübbətova
