00:00:00
Yazar
Admin User
15.11.2025 17:36 173 2 dəq oxuma
Maraqlı

Ziyalı yolunun məbədi

Ziyalı yolunun məbədi

BDU-da ilk dərs günündən 106 il ötür. 

 

2 fakültə, 1094 tələbə ilə fəaliyyətə başlayan Azərbaycan universitetlərinin flaqmanı 16 fakültə, 25000-ə yaxın tələbə, 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi, 121 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 5 elmi-tədqiqat mərkəzi və 22 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yoluna davam edir.

 

“İnformator.az”a danışan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu Əsgər İsmayılov bildirib ki, Bakı Dövlət Universiteti onun üçün ən munis xatirələrin doğulduğu, əbədi ömür sürdüyü doğma bir məkandır:

 

“Bura müqəddəs ruhların qoruduğu qutsal yer, əsrdən artıq yaşı olan milli tariximizin canlı kartotekasını yaşadan elm məbədidir. 1928-ci ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) türklərdən mətbuat işçiləri hazırlamaq məqsədilə jurnalizm və biblioqrafiya kafedrası yaradılıb. Bu mühüm işin rəhbərliyi Sergey Nikolayeviç Sredinskiyə həvalə edilib və bununla da Azərbaycanda jurnalistikanın elmi şəkildə öyrənilməsinə başlanılıb. Ümumiyyətlə, Universitetin ilk buraxılış ili 1922-ci ilə təsadüf edir. Həmin il məzunlar arasında iki xanım-Adilə Şahtaxtinskaya və Ceyran Sultanova olub. 

 

Bu gün fakültəmizdə fəaliyyət göstərən dörd kafedranın ikisinə hörmətli müəllimlərimiz-Aynur Nəsirova və Xatirə Hüseynova rəhbərlik edirlər. Həmçinin fakültəmizin iki professor xanımı-Qərənfil Dünyaminqızı və Sevil Həsənova pedaqoji fəaliyyətləri ilə gənc nəslin yetişməsinə böyük töhfə verirlər. Bundan əlavə, Esmira Rövşənova Tədris işləri üzrə dekan müavini, Sevinc Əliyeva isə Elmi işlər üzrə dekan müavini kimi məsul və ağır bir missiyanı layiqincə yerinə yetirirlər. Və əlamətdar bir gündə xanım tələbə-jurnalistimiz Banuçiçək Məmmədova elm məbədimizin 106-cı ilində müsahibəni hazırlamaqla ənənəyə dəyər qatır. Bu mübarək gün münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. BDU-nun adını şərəflə yaşadan hər kəsə saysız-hesabsız uğurlar arzulayıram”

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər