Zəngilanın işğaldan azad olunması
Azərbaycan tarixinin qürur səhifələrindən biri 2020-ci il 20 oktyabrda yazılıb. Məhz həmin gün Zəngilan rayonu qəhrəman əsgər və zabitlərimizin rəşadəti sayəsində işğaldan azad edilib.
İlham Əliyev həmin gün xalqa müraciət edərək bu tarixi xəbəri qürurla çatdırıb. Xalq bu xəbəri sevinclə, göz yaşları və böyük fərəh hissi ilə qarşılayıb. Çünki bu, təkcə bir rayonun azad olunması deyil — bu, “30 ilə yaxın davam edən həsrətin” sona çatması idi.
Zəngilanın azad olunması Vətən müharibəsi zamanı strateji baxımdan mühüm əhəmiyyət daşıyıb. Bu qələbə Ordumuzun döyüş gücünü, xalqımızın birliyini və dövlətimizin qətiyyətini bir daha bütün dünyaya göstərib.
Bu gün Zəngilan azad torpaqlar kimi yenidən qurulur, yollar, məktəblər, evlər salınır. Məcburi köçkünlər doğma yurdlarına qayıtmaq üçün gün sayır. Azad Zəngilan indi Azərbaycanın gələcəyini, xalqımızın gücünü və birliyini simvolizə edir.
20 oktyabr — bu tarix heç vaxt unudulmayacaq. Bu gün Zəngilan torpaqlarında azadlığın nəfəsi, zəfərin izi var.
Nuray Əliyeva
