00:00:00
Yazar
Admin User
02.12.2025 18:24 117 1 dəq oxuma
İqtisadiyyat

“Zəngəzur dəhlizi açılarsa, bir çox sahədə faydaları olacaq”

“Zəngəzur dəhlizi açılarsa, bir çox sahədə faydaları olacaq”

"Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsini dəyişəcək",- deyə Prezidentin köməkçisi bildirib.


Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması məsələsi hələ ki, qeyri-müəyyəndir:

 

“Azərbaycanın öz ərazisində görüləcək işlər təxminən bir il çəkə bilər. Ölkə Prezidenti də qeyd edib ki, sürətli rejimdə işləsək belə, ən azı 6 ay iş var. Ermənistan ərazisində isə vəziyyət daha da qeyri-müəyyəndir, orada işlərin neçə il çəkəcəyini demək çətindir. Azərbaycan bu istiqamətdə işlərə artıq 2021-ci ildən başlayıb. Zəngilan dəmir yolunun çəkilməsi, avtomobil yolları, Ağbənd istiqamətində işlər görülüb. Zəngəzur dəhlizinin açılması Kürdistan (Gürcüstan) üzərindən yüklərin daşınmasına mənfi təsir etməyəcək. Əksinə, əgər Azərbaycan bu sahədə özünü etibarlı tranzit ölkəsi kimi göstərə bilsə, Gürcüstan üzərindən yüklərin daşınmasına da müsbət təsir göstərə bilər. Məsələn, əvvəllər 5 yükdən 3-ü Zəngəzurdan, 2-si Gürcüstandan keçirdisə, gələcəkdə bu say artacaq, yük həcmi 500-ə çatsa, onun 100-ü Zəngəzurdan keçəcək. Yəni bu, Gürcüstanı əvəz etməyəcək, əlavə yük həcmi yaradacaq. Bundan əlavə, dəhlizin açılması ilə Naxçıvanla dəmir yolu və quru yol əlaqəsi bərpa olunacaq. Bu həm enerji daşıyıcılarının, həm də yüklərin maneəsiz keçməsinə şərait yaradacaq, Naxçıvanın iqtisadi inkişafına müsbət təsir göstərəcək. Ümumilikdə isə Zəngəzur dəhlizi açılarsa, bir çox sahədə faydaları olacaq”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər