00:00:00
Yazar
Admin User
22.09.2025 18:17 91 2 dəq oxuma
İqtisadiyyat

Zəngəzur dəhlizi Azərbaycana böyük investisiyalar gətirə bilər

Zəngəzur dəhlizi Azərbaycana böyük investisiyalar gətirə bilər

Zəngəzur dəhlizinin açılması Azərbaycana mühüm investisiya axını təmin edə bilər. Bu barədə ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, dəhlizin reallaşması regionda iqtisadi əlaqələrin genişlənməsinə və Azərbaycanın strateji əhəmiyyətinin daha da artmasına səbəb olacaq.

 

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə Azərbaycandan Naxçıvana yükləşmələrin maya dəyəri aşağı düşəcək. Tələb olunan vaxt azalacaq:

 

"Bizim üçün xüsusi əhəmiyyətli 2 məqam var ki, bunulnla Naxçıvanın blokadadan çıxması həll olunacaq. Naxçıvan hələ indiyə qədər dövlət büdcəsindən pul alır. Həm də Naxçıvanda çətin vəziyyət oraya investisiya qoyuluşlarının qarşısını alır. Yəni sahibkarlar bilirlər ki, vəziyyət çətindir. Oraya investisiya qoymurlar. Bu, birinci yol ümumiyyətlə Naxçıvanın blokadadan çıxması imkanıdır. İkinci məqam isə budur ki, bu məsələ təkcə Naxçıvana deyil, Azərbaycana da aiddir. Bu, həmçinin regional əhəmiyyət daşıyır. Şərqdən qərbə gedən yüklərin alternativ marşrutu formalaşır. İndi bizdə yenə də Bakı–Tiflis–Qars dəmir yolu xətti, Ələt dəniz limanı var. Yəni, bizim yükləməni Ermənistanı yan keçməklə həyata keçirə bildiyimiz xətt mövcuddur. Amma məsələ ondan ibarətdir ki, bu xətt o qədər də effektiv deyil. Birincisi, Bakı–Tiflis–Qarsda daha çox zaman tələb olunur, ikincisi isə yük götürmə qabiliyyəti istənilən səviyyədə deyil. Hələ də, biz Bakı–Tiflis–Qarsdan sərnişin daşıma haqqında heç bir informasiya almamışıq. Yük daşıması da 5 milyon tondur. Amma ən son məlumatlarda bizim 1 milyon tona çatıb-çatmadığımız belə bəlli deyil. Yəni, Zəngəzur dəhlizi yük götürmə qabiliyyətini artıracaq və ölkəmiz üzərindən keçən yüklərin həcmini artıracaq. Bu, həm Şərqdən Qərbə, Çinlə Avropaya, Avropadan Çinə, həm də eyni zamanda Mərkəzi Asiyadan Avropaya və Avropadan Mərkəzi Asiyaya yük daşımaları üçün yeni bir kanal formalaşdıracaq. Və bu da imkan verəcək ki, həm yerli sahibkarlarımız öz idxal-ixrac əməliyyatlarında xərclərini aşağı salsınlar, vaxt itkisini azaltsınlar. Həm də eyni zamanda ölkə ticarət kanalına, ticarət koridoruna çevrilsin. Ticarət koridoruna çevriləndə isə nəqliyyat imkanları da artır, logistik imkanlar yaranır, əlavə məşğulluq imkanları yaranır, ixracatımıza da müsbət təsir göstərir".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər