“Zəngəzur dəhlizin Azərbaycan ərazisində görülən işləri tezliklə tamamlanacaq”
Zəngəzur dəhlizinin Azərbaycan ərazisi üzrə işlərin gələn il tamamlanması nəzərdə tutulur.
Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov “İnformator.az”a açıqlamasında bildirib ki, bu mətbuatda ən geniş işıqlanan mövzudur:
“Zəngəzur dəhlizin Azərbaycan ərazisində görülən işləri tezliklə tamamlanacaq, yəni gələn il. Gələn ildən də az qalıb. O ki qaldı onun Ermənistandan keçən hissəsinə, bu istiqamətdə də marşrutun hazırlanması əlverişli hala gətirilib çıxarılması sahəsində Azərbaycan heç bir şübhə doğurmur ki, yaxından iştirak etməyə hazırdır. Həm maliyyə cəhətdən, həm müvafiq fiziki işlərin görülməsi, yolların çəkilməsi, istər dəmir yolu, istər avtomobil və s, yəni qısa bir ərazidə olub. Azərbaycan hətta razılıq əldə olunarsa, təkbaşına da marşrutun ən yüksək standartlara uyğun təşkil olunmasında, tikintisi ilə təmin olunmasında iştirak edə bilər və bu istəyi nümayiş etdirməklə Azərbaycan heç bir vaxt geri çəkilməyəcək və bu şübhə doğurmamalıdır. Həm şimal, həm cənub, həm şərq, həm qərb arasında əlaqələrin birincisi ən az məsrəflə, ikincisi, ən qısa zaman ərzində rahat şəkildə həyata keçirilməsinə müvafiq şərait yaradacağından həm şimalda yerləşən ölkələrin özləri üçün, həm cənubda yerləşən ölkələrin özləri üçün, həm Orta Asiya, Şərqi Asiya və Avropa arasında, Aralıq dənizi arasında qarşılıqlı iqtisadi, ticari və digər əlaqələrin həyata keçirilməsində çox böyük imkanlar yaradacaq. Adi bir misal üçün, bu dəhlizin reallaşmasına hər gün hər vəchlə neqativ münasibət nümayiş etdirən ölkələrdən olan Rusiyanın özü üçün də Azərbaycan ərazisi vasitəsilə Avropaya çıxış, Aralıq dənizinə çıxış, Türkiyəyə çıxış və digər istiqamətlərdə əlverişli əlaqələri, daşımaların həyata keçirilməsinə ən optimal bir marşrut təşkil edir və Rusiya özü çox gözəl bilir, o cümlədən Cənubi ölkələrindən İranın özü üçün də Yaxın Şərq ölkələri üçün də. Ona görə də Zəngəzur dəhlizindən həmin nəqliyyat dəhlizləri ilə inteqrasiyası baxımından onun inteqrasiyasının nə üçün böyüsündə, yaradıcılığı haqqında geniş danışmağa ehtiyac yoxdur və nəticədə bu həm Türkiyə, həm Rusiya, həm də mərkəzi dövlətlər üçün əməkdaşlıqları genişləndirməklə onların hər birini iqtisadiyyatı üçün böyük töhfələr verəcək”.
Aytac İbrahimova
