Silivridə mürəkkəb fabrikində yanğın olub.
Bölmə: Sosial › ,Tarix: 18:12 09.07.2024
İstanbulun Silivri rayonunda fabrikdə yanğın baş verib. Yanğın yanğınsöndürənlərin 2 saatlıq işindən sonra söndürülüb.
Silivrinin Değirmenköy mahalı Söğüt küçəsində yerləşən mürəkkəb fabrikində saat 04:00 radələrində naməlum səbəbdən yanğın baş verib.
Xəbər verildikdən sonra hadisə yerinə çoxlu yanğınsöndürmə briqadaları göndərilib. Hadisə yerinə gələn qruplar yanğını söndürmək üçün işə başlayıb.
DHA xəbərlərinə görə; Yanında təkrar emal müəssisəsi də olan fabrikdə baş verən yanğın iki saatlıq işdən sonra söndürülüb.
Yanğın nəticəsində fabrikə ziyan dəyib. Jandarma hadisə ilə əlaqədar istintaq başladıb.
Haber Türk
Səmədli Nigar