Ərdoğan və Tramp arasında telefon danışığı olub

Bölmə: Dünya › ,
Tarix: 22:04 18.07.2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın keçmiş Prezidenti Donald Tramp arasında telfon danışığı olub:

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən açıqlamaya görə telfon danışığı zamanı Trampa qarşı sui-qəsd və ondan sonra baş verən hadisələr müzakirə edilib. Prezident Ərdoğan görüş zamanı Donald Trampa qarşı sui-qəsdi bir daha pisləyərək, hücuma görə kədərləndiyini və tezliklə sağalmasını diləyib. Prezident Ərdoğan sui-qəsd cəhdini demokratiyaya hücum kimi qiymətləndirib. O, mənfur hücumdan sonra Trampın cəsarətli mövqeyinin təqdirəlayiq olduğunu, proqramlarını fasiləsiz davam etdirməsinin demokratiyanı gücləndirdiyini və bunun Amerika xalqının uzaqgörənliyinə inamın göstəricisi kimi qiymətləndirilməli olduğunu bildirib. Görüş zamanı Ərdoğan sui-qəsd cəhdindən sonra qütbləşməni və gərginliyi azaltmaq üçün Trampın sakitləşdirici birlik mesajları ilə güclü liderlik nümayiş etdirdiyini bildirib və Donald Trampı Respublikaçılar Partiyası ABŞ prezidentliyinə rəsmi namizəd kimi irəli sürməsi münasibətilə təbrik edib. Prezident Ərdoğan ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinin ABŞ xalqı və Türkiyə-ABŞ münasibətləri üçün faydalı olacağına ümid etdiyini bildirib.

 

Mənbə: CNN Türk

Mayıl Soltanov